Videonun müddəti: 1:29:14 Baxış: 279 Əlavə edilib: 2022.07.12
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Lukaşenko Putinlə danışdı: Rusiyaya hücum hazırlanır – Ədalət Verdiyevlə “Canlı debat”

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə Qərbin Ukrayna və Belarus üzərindən Rusiyaya hücum etmək strateji planlarını müzakirə etdiyini bildirib.

Bu barədə Belarus prezidenti çərşənbə axşamı Minskdə hərbi ali məktəblərin məzunlarının və yüksək rütbəli zabitlərin təltif edilməsi mərasimində bildirib.

"Axırıncı dəfə biz bunu dünən Rusiya Federasiyasının prezidenti ilə ətraflı müzakirə etdik - Rusiyaya hücum üçün strateji planlar hazırlanır. Və zərbənin əsas istiqaməti Ukrayna ilə Belarus üzərindən ola bilər”, - Lukaşenko bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Ədalət Verdiyevdir.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Canlı debat Gündəm