Videonun müddəti: 57:58 Baxış: 203 Əlavə edilib: 2022.09.23
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Son dəqiqə: İranda qan su yerinə axır, Azərbaycanla sərhəddə həbslər... - CANLI

Şərqi Azərbaycan əyalətinin Sərhəd Qoşunları komandanı Məhəmməd Əhmədi mediaya verdiyi açıqlamada əyalətin Azərbaycan Respublikası ilə sərhəd bölgəsi Xudafərində iki nəfərin saxlanıldığı, onlardan odlu silahlar və partlayıcı maddələrin götürüldüyünü iddia edib.

O, ölkə daxilində təxribat törətmək istədiklərini iddia etdiyi iki nəfərin kimliyi barədə açıqlama verməyib, lakin onların sərhəd zolağında saxlanıldıqlarını deyib. İran rəsmiləri son günlər ölkədə başlayan kütləvi etiraz aksiyalarını xarici ölkələrə bağlayıb, narazıları terrorist kimi qələmə verməklə daha şiddətli repressiyalara hazırlanır.

Sentyabrın 21-i gecə saatlarında Mazəndəran əyalətinin Noşəhr şəhərində Çenane Kiya adlı xanım öldürülüb. Bu barədə insan haqqları təşkialtları xəbər yayıb. Bununla da İranda hökumət məmurları tərəfindən öldürülən və kimliyi dəqiqləşdirilən etirazçı sayı 37 nəfərə çatıb.

Günlərdir davam edən etiraz aksiyaları İranda hakim rejimi təlaşa salıb. İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi aksiyaya qatılmamaları üün insanlara təhdid mesajları göndərir.

ETTELAAT-ın informasiya qərargahı ölkə vətəndaşlarına "İrancell" mobil operatoru vasitəsilə xəbərdarlıq və təhdid mesajları göndərib.

“Diqqətinizə çatdırılır ki, əks-inqilabçı qüvvələrin son hadisələrdən bəhrələnmək cəhdlərinə görə, hər növ qeyri-qanuni aksiya və toplantılara qatılmağınız islami cəza qanununa görə cinayət hesab ediləcək və qanuni təqibə məruz qalacaqsınız” - deyə, göndərilən mesajlarda bildirilib.

Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə birgə operativ iclas keçirəcək. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı bildirib. Rusiya dövlət başçısı ölkədə qismən səfərbərlik elan olunduqdan sonra ilk dəfə belə bir iclas keçirəcək. Kremlin sözçüsü iclasın günorta saatlarında keçiriləcəyini deyib.

TVMusavat-ın canlı efirində BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı VHP sədrinin müavini Nəsimi Şərəfxanlı ilə İran hadisələrini, Ukraynadakı qondarma refendumu və Baydenin “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməsini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi
Mövzular: son dəqiqə