Videonun müddəti: 1:09:14 Baxış: 353 Əlavə edilib: 2022.07.13
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Qalib ordumuzun qaziləri niyə intihar edirlər? – Əvəz Zeynallı ilə "Canlı debat"

Özünü yandırıb, intihar edən sabirabadlı qazi Ekvin Cəfərovun ölümü ölkəni silkələdi.
Qeyri-rəsmi məlumatlara görə, bu, sayca 36-cı qazi intiharıdır. İndiyədək 35 nəfər qazi də müxtəlif səbəblərdən intihar edib. Yazılanlara görə, onların bir çoxu səbəbsiz, öncədən hər hansı narazılıq bildirmədən – ruhi-psixoloji travmalar səbəbindən canına qıyıb. Bəziləri ağrılara dözə bilməmələri səbəbindən özünə qəsd edib.

Bir çoxu isə üzləşdiyi haqsızlıqlara, pensiyasının kəsilməsinə, əlillik ala bilməmələrinə, bir sıra məmurların etinasız münasibətinə etiraz edərək intihar ediblər.

Bütün hallarda – səbəbindən asılı olmayaraq postmüharibə dövründə 36 qazinin intihar etməsi dəhşətli hadisədir. Sanki bu, ABŞ-dakı “Vyetnam sindromu”, Rusiyadakı “Əfqan sindromu” adıyla tanış olan psixoloji problemdir, indi Azərbaycanda onun analoqu yaşanır. Bu cür problemlər isə peşəkar psixoloqların yardımı ilə həll edilir. Qazilərimiz müharibədən sonra bu cür psixoloqların yardımlarını mütləq almalı idilər. Müharibədən dərhal sonra Türkiyədən bir qrup mütəxəssis bu məqsədlə gətirilmişdi - lakin sonradan onlar geri qaytarıldılar və görünən budur ki, Azərbaycanın rayonlarındakı qazi qardaşlarımız psixoloq və bu qəbildən olan mütəxəssizlərin xidmətindən istifadə edə bilmirlər.

Məhz bu səbəbdəndir ki, müharibədən sonra ölkəmizdə psixoloji travmalı müharibə veteranları çox ağır period keçirdirlər.

Bütün hallarda və bunun artan xətt üzrə davam etməməsi üçün ciddi tədbirlər görülməsini zəruri, vacib edir.

Psixoloqlar, hərbi ekspertlər, qazilər bunları önləmək üçün özləri hansı metodları təklif edirlər? Əsas təklif bundan ibarətdir ki, qazilərin problemlərinin həlli üçün çevik bir qurum, komitə yaradılmalıdır.
Kateqoriyalar: Canlı debat Gündəm