Videonun müddəti: 0:29 Baxış: 1.9K Əlavə edilib: 2022.09.21
Pinterest
LinkedIn
WhatsApp
Telegram

“Şəhid bacısı” adı ilə pul toplayan şəxs tutuldu

Sosial şəbəkələrdə “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.

Bu barədə "Minval.info"ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib. O törətdiyi əməli etiraf edib.

Araşdırmalar davam etdirilir.