Videonun müddəti: 38:39 Baxış: 286 Əlavə edilib: 2022.09.21
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putindən Azərbaycana və Ermənistana SON DƏQİQƏ çağırışı - CANLI

Rusiya Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə və Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarına əməl etməyə çağırır. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyət bizi ciddi narahat edir. Biz tərəfləri təmkinliyə, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına qətiyyətlə əməl etməyə çağırırıq”, - Rusiya lideri xarici səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimində vurğulayıb.

Onun sözlərinə görə, mübahisəli ərazi məsələlərinin həllinin açarı Rusiyanın məsləhətçi köməyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində peşəkar birgə işdədir.
Bu arada Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən xəbərə görə, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. Bundan əvvəl 32 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.

TVMusavat-ın canlı yayınında “Həftə içi”nin qonağı millət vəkili Razi Nurullayevlə gündəmi müzakirə edirik.
Kateqoriyalar: Həftə içi