Videonun müddəti: 44:42 Baxış: 308 Əlavə edilib: 2022.09.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putinin ordusu İrəvana girə bilər: şok gedişat - CANLI

Hərbi ekspert Ədalət Verdiyev açıqlayıb ki, Pelosinin səfərindən ruhlanan Ermənistanın orta və kiçikmiqyaslı təxribatlara əl atması tamamilə mümkündür.

“Odur ki, Azərbaycan Ordusu və güc strukturlarımız nəzarəti gücləndirməli, müvafiq hazırlıqlar görməlidir. Məndə olan məlumatlara görə, ordumuz ərazidə kifayət qədər möhkəmlənməklə məşğuldur.

Yəni azad edilən 74 bölgənin hər birində ordumuzun şəxsi heyəti yerləşib. Həmçinin atış sistemi qurulub, mühəndis istehkam qurğularının inşası davam edir və hər bir mövqeyin üzərində artıq Azərbaycan bayrağı dalğalanır”, - deyə ekspert açıqlayıb.

Ötən ay Tayvana səfəri ilə ABŞ və Çin arasında siyasi qarşıdurma yaradan ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi bu dəfə Ermənistana gedib.

O, səfər zamanı Azərbaycan əleyhinə qərəzli fikirlər səslənirərək, Ermənistanın təcavüzvar siyasətinə dəstək nümayiş etdirib.

Təhlillər göstərir ki, Amerika siyasətçilərinin hər hansı ölkəyə “şəxsi səfərləri” orada işlərin qarışacağından xəbər verir. Bununla belə, Pelosi daha da irəli gedərək, İrəvana gələn kimi “Biz Azərbaycanın Ermənistana qarşı ölümcül hücumlarını qətiyyətlə pisləyirik” deməklə öz niyyətini pizlətməyib və açıq şəkildə kimdən yana olduğunu etiraf edib.

Amerika dövlətinin rəsmi mövqeyini əks etdirən bu sözlər ABŞ-ın Ermənistanı ikinci Ukraynaya çevirmək üçün düyməni basması anlamına gəlir. Pelosinin səfəri fonunda İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağı tələb edən nümayişçilər əllərində Amerika bayraqları ilə küçələrə çıxıblar.

Bilbordlardan Putinin və Rusiya bayraqlarının şəkilləri çıxarılıb, onların yerinə Pelosi və ABŞ bayraqlarının fotoları yerləşdirilib. Əlbəttə, bütün bunlar heç də təsadüfə bənzəmir. Görən odur ki, Ermənistan rəhbərliyi əsas himayədarı olan Rusiyanı bir göz qırpımında Qərbin caynaqları arasında buraxmaqdan çəkinmir.

TVMusavat-ın saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu AMİP sədri Arzuxan Əlizadə ilə geosiyasi prosesləri müzakirə edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Hərbi ekspert Ədalət Verdiyev açıqlayıb ki, Pelosinin səfərindən ruhlanan Ermənistanın orta və kiçikmiqyaslı təxribatlara əl atması tamamilə mümkündür.

“Odur ki, Azərbaycan Ordusu və güc strukturlarımız nəzarəti gücləndirməli, müvafiq hazırlıqlar görməlidir. Məndə olan məlumatlara görə, ordumuz ərazidə kifayət qədər möhkəmlənməklə məşğuldur.

Yəni azad edilən 74 bölgənin hər birində ordumuzun şəxsi heyəti yerləşib. Həmçinin atış sistemi qurulub, mühəndis istehkam qurğularının inşası davam edir və hər bir mövqeyin üzərində artıq Azərbaycan bayrağı dalğalanır”, - deyə ekspert açıqlayıb.

Ötən ay Tayvana səfəri ilə ABŞ və Çin arasında siyasi qarşıdurma yaradan ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi bu dəfə Ermənistana gedib.

O, səfər zamanı Azərbaycan əleyhinə qərəzli fikirlər səslənirərək, Ermənistanın təcavüzvar siyasətinə dəstək nümayiş etdirib.

Təhlillər göstərir ki, Amerika siyasətçilərinin hər hansı ölkəyə “şəxsi səfərləri” orada işlərin qarışacağından xəbər verir. Bununla belə, Pelosi daha da irəli gedərək, İrəvana gələn kimi “Biz Azərbaycanın Ermənistana qarşı ölümcül hücumlarını qətiyyətlə pisləyirik” deməklə öz niyyətini pizlətməyib və açıq şəkildə kimdən yana olduğunu etiraf edib.

Amerika dövlətinin rəsmi mövqeyini əks etdirən bu sözlər ABŞ-ın Ermənistanı ikinci Ukraynaya çevirmək üçün düyməni basması anlamına gəlir. Pelosinin səfəri fonunda İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağı tələb edən nümayişçilər əllərində Amerika bayraqları ilə küçələrə çıxıblar.

Bilbordlardan Putinin və Rusiya bayraqlarının şəkilləri çıxarılıb, onların yerinə Pelosi və ABŞ bayraqlarının fotoları yerləşdirilib. Əlbəttə, bütün bunlar heç də təsadüfə bənzəmir. Görən odur ki, Ermənistan rəhbərliyi əsas himayədarı olan Rusiyanı bir göz qırpımında Qərbin caynaqları arasında buraxmaqdan çəkinmir.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu AMİP sədri Arzuxan Əlizadə ilə geosiyasi prosesləri müzakirə edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi
Mövzular: canli yayin