Videonun müddəti: 55:38 Baxış: 210 Əlavə edilib: 2022.09.19
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Erməni spikerindən iddialı sözlər – İşğalçı ordu təzədən qurulur? - Elxan Şahinoğlu ilə “Canlı”

“Ermənistan ordusunun silahlara ehtiyacı var və ölkə rəhbərliyi onları müxtəlif mənbələrdən əldə etmək üçün tədbirlər görür”.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. “Ordunun bizim istək və davranışımızdan asılı olmayaraq, əsl ehtiyacı silaha olan ehtiyacdır. Bu sahənin daim doldurulmasına lüzum var. Bütün digər ehtiyacları Ermənistan Müdafiə Nazirliyi həll edir. Maliyyələşdirmə ilə bağlı isə heç bir problem yoxdur”, - deyə yoxsul ölkənin parlamentinin sədri iddialı şəkildə bildirib.

Onun sözlərinə görə, silahların alınması ilə bağlı müxtəlif tədbirlər görülür: “Həm də biz bir istiqamətdən silah almaqla kifayətlənmirik”. Yəni diversifikasiya məsələsi. Bəs görəsən doğrudanmı ac-yalavac Ermənistanın müasir, bahalı silahlar və hərbi sistemlər almağa, işğalçı ordunu təzədən qurmağa vəsaiti hardandır? İkinci yandan, tutaq ki, ABŞ, İsrail ona müasir silahlar satarmı?

Nensi Pelosinin səfəri və verdiyi mesajlar bizə hansı mesajı çatdırır? Bundan sonra nələr olacaq?
Kateqoriyalar: Canlı debat