Videonun müddəti: 58:15 Baxış: 306 Əlavə edilib: 2022.09.16
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ermənilərin dayaq məntəqəsi məhv edildi, Əliyevdən Zəngəzur açıqlaması - CANLI

Dövlət sərhədində təxribata əl atan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və döyüş mövqelərinin məhv edilməsinin növbəti görüntüləri yayılıb. Videogörüntülər PUA kameraları vasitəsilə lentə alınıb. Kadrlarda Ermənistan silahlı qüvvələrinin dayaq məntəqələrindən birinin məhv edilməsi anı əks olunub.

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların yeni siyahısı açıqlanıb. Siyahıda 77 şəhidin adı göstərilib. Daha əvvəl bu rəqəm 71 idi.
Qarabağ münaqişəsinin həll olunması yeni nəqliyyat və kommunikasiya layihələri üçün zəmin yaradıb. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqəndə keçirilən Sammitində çıxışı zamanı bildirib. Dövlət başçısı vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasından sonra nəqliyyat imkanları daha da genişlənəcək və bu, region üçün, bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq.

TVMusavat-da canlı yayımlanan “Həftə İçi"ndə Emil Salamoğlu ilə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə gündəmi müzakirə edir.


Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Canlı debat