Videonun müddəti: 1:07:08 Baxış: 307 Əlavə edilib: 2022.09.16
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ermənistanda hərbi səfərbərlik başladı, İran Ermənistanın qatı müdafiəsinə qalxdı – CANLI DEBAT

Ermənistanın müdafiə naziri Suren Papikyan yeni açıqlama verib. O, bildirib ki, könüllülük əsasında ölkə sərhədlərini qorumaq istəyən vətəndaşlar yaşadıqları yer üzrə hərbi komissarlıqlara müraciət edə bilərlər. Ermənistanda hərbi səfərbərlik başlanır? Bu, yeni müharibənin anonsları sayıla bilərmi?

Bu arada İrandan da yeni, təhlükəli həmlələr var. İran-Ermənistan sərhədini təhdid edən istənilən ssenariyə xüsusi müqavimət göstərəcək: İranın Ermənistandakı səfirliyindən yayılan açıqlamada belə deyilir:

“İran İslam Respublikası Qafqaz regionunda baş verən hadisələr və iki qonşu ölkə olan Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə əlaqələri ilə bağlı öz mövqeyini açıq şəkildə və müxtəlif səviyyələrdə ifadə edib. İnqilabın Ali Məqamlı Rəhbərinin Rusiya və Türkiyə prezidentləri ilə görüşlərini işıqlandıran xəbərlərdə qeyd olunduğu kimi, İran qonşu ölkələrin ərazi bütövlüyü və sərhədlərinin pozulmasına qarşıdır və İrana zərər vuracaq istənilən ssenariyə xüsusilə müqavimət göstərəcək. İki qonşu xalqı birləşdirən tarixi marşrut olan Ermənistan sərhədi. İran prezidenti ilə Ermənistanın baş naziri arasında telefon danışığı zamanı da bizim bu prinsipial mövqeyimiz təkrarlanıb. İranın xarici işlər naziri Əmir Abdollahian Azərbaycanın xarici işlər naziri Bayramovla telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında yeni toqquşmalardan narahatlığını ifadə edib və problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazır olduğunu bildirib, İranın bu münasibətləri qoruyub saxlamasının vacib olduğunu açıq şəkildə vurğulayıb.

Hər iki qonşunun ərazi bütövlüyü və həm də İran-Ermənistan sərhədinin tarixi bir əlaqə yolu olduğunu və dəyişməz qalmalıdır”: İranın Ermənistandakı səfirliyinin ER İctimai Televiziyası üçün şərhində bu cümlələr yazılıb.

Nə baş verir? İran yenə öz mövqeyini göstərməklə Azərbaycana meydan oxuyur? Zaman-zaman bu cür həmlələr edən İranın bu cavabı nədən xəbər verir? Bizim addımlarımız necə olmalıdır?
Kateqoriyalar: Canlı debat