Videonun müddəti: 57:19 Baxış: 242 Əlavə edilib: 2022.09.13
Pinterest
LinkedIn
WhatsApp
Telegram

"YA MÜHASİRƏYƏ DÜŞMƏK, YA DA QAÇMAQ” – “Putini inandıra biliblər ki...” – Elxan Nuriyevlə “Canlı”

Vladimir Putinin uzun müddət ərzində Ukraynada davam edən müharibə ilə bağlı reallıqdan uzaq, az qala virtual aləmdə yaşadığı barədə məlumatlara tez –tez rast gəlinir. Lakin cəbhədə son baş verənlər, xüsusilə də Ukrayna Ordusunun Xarkov istiqamətində başlatdığı geniş miqyaslı əks-hücum əməliyyatı deyəsən Kreml sahibini bir qədə “ayıldıb”...

Belə ki, Kremlə yaxın bəzi mənbələrin bildirdiyinə görə, rus ordusunun Xarkov istiqamətindəki acınacaqlı və çıxılmaz vəziyyəti Putinə çatdırıldıqdan sonra o, şəxsən özü qoşunların İzyum, Kupyansk və digər şəhərlərdən çıxarılaraq, Donetskə geri çəkilməsinə dair göstəriş verib.

“AzPolitika.info” xəbər verir ki, bu mövzuda Ukrayna kanallarının birinə açıqlama verən rusiyalı tanınmış müxalifətçi, siyasi fəal və politoloq Abbas Qalyamov Putini bu qərarı verməyə yüksək rütbəli hərbçilərin məcbur etdiyini bildirib.

Qeyd edək ki, “Moskow Times” nəşrinin məlumatına görə, cümə günü Putinin Təhlükəsizlik Şurasında topladığı qapalı operativ müşavirədə güc strukturlarının rəhbərləri də daxil olmaqla, 12 yüksək rütbəli məmur iştirak edib. Qalyamov deyib ki, bu müşavirədə hərbçilər Putini Xarkov istiqamətində vəziyyətin acınacaqlı olduğuna inandıra biliblər: ”Onlar cəbhədəki vəziyyəti müzakirə ediblər. Təklif olunub ki, ya 10 mindən artıq hərbçi ilə mühasirəyə düşmək riskini gözə alaraq, dayanmağa çalışırıq, ya da biabırçılıqla geri qaçırıq. Generallar Putini inandıra biliblər ki, geri çəkilmək labüddür. Əlbəttə ki, Putin ümumi siyasi xarakterli səbəblərdən geri çəkilmək istəmirdi.

Ancaq generallar onu inandıra biliblər ki, biz indi geri çəkilməsək, bir həftədən sonra “kotyol”a düşəcəyik və hər şey indikindən yüz dəfə daha pis olacaq. Mən 101 faiz əminəm ki, Təhlükəsizlik Şurasının bu müşavirəsi təsadüfi deyildi. O, formal olaraq guya hərbi sənaye kompleksinə, hərbçilərin sosial vəziyyətinə və s. həsr olunsa da, orada əsasən cəbhədəki vəziyyəti necə xilas etməyin yolları müzakirə edilib. Və göründüyü kimi, onlar orada yaxşı heç nə fikirləşə bilməyiblər...”
Xatırladaq ki, sentayabrın 8-də başlanan əks-hücum nəticəsində Rusiya ordusunun 5 aya işğal etdiyi İzyum, Kupyansk, Balakleya kimi şəhərləri və digər əraziləri Ukrayna Ordusu cəmi 4 günə azad edə bilib.
Kateqoriyalar: Canlı debat
Mövzular: elxan nuriyev