Videonun müddəti: 52:50 Baxış: 394 Əlavə edilib: 2022.09.13
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Əvəz Zeynallı və Elçin Sadıqovla bağlı son xəbərlər: Müdafiə komitəsi yaradıldı - CANLI

Uğurlu əməliyyatlara imza ataraq təşəbbüsü ələ alan və 3000 kv.km ərazisini işğaldan azad edən Ukrayna Rusiyanın “Qisas” hücumundan sonra sarsıldı. Rusiya-Ukrayna müharibəsində son vəziyyət...

Ukrayna kilid rolu oynayan İzyum şəhərini geri aldığını açıqlayıb. Rusiya ordusunun İzyum şəhərindən çıxarılması Qərb mətbuatında “Rusiya ordusunun mart ayında paytaxt Kiyevdən çıxarılmasından sonra rus qüvvələrinin ən böyük məğlubiyyəti” kimi şərh edilib.

Musavat.com xəbər verir ki, məlumata görə, minlərlə rus əsgəri geri çəkilərkən döyüş sursatı və texnikanı tərk edib.

Rusiya “yenidən qruplaşmaq” üçün geri çəkilib və Ukraynanı silkələyən hücuma keçib. Rusiya ölkənin şərqindəki Xarkov, Donetsk, Zaporojya, Dnepropetrovsk və Sumi bölgələrinə raket zərbələri endirib.

Hücumlar nəticəsində çox sayda mülki şəxs zərər görüb, bölgədəki, demək olar ki, bütün elektrik şəbəkələri və mülki infrastrukturlar sıradan çıxıb.

Zaporojye, Dnepropetrovsk və Sumidə Rusiya raketlərinin elektrik xətlərini zədələdiyi, Xarkov və Donetsk bölgələrində isə raket hücumları nəticəsində elektrik enerjisinin tamamilə kəsildiyi açıqlanıb.

Xarkov qubernatoru İqor Terekhov Rusiyanın bu addımını “qisas hücumu” kimi qiymətləndirib və bunun Ukraynanın uğurlarına cavab olaraq təşkil edildiyi fikrini irəli sürüb.

Qubernator hücumun bölgədə çox sayda insanı işıqsız və susuz qoyduğunu vurğulayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı “Telegram”da paylaşdığı məlumatda Ukrayna ordusunun Rusiya ilə həmsərhəd olan Xarkov vilayətinin şimal, cənub və şərq hissələrində irəliləyişə davam etdiyini bildirib.

Xatırladaq ki, Zelenski Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra Krımı geri alacağına söz vermişdi.

Xersonun geri alınması digər işğal olunmuş şəhərlərin azad edilməsinə ümidi artıracaq. Bundan başqa, şəhəri alınması Zelenskinin dediyi kimi, Krım yolunu açacaq.

Bu səbəbdən Xerson həm də “Krımın açarı” kimi dəyərləndirilir. Ukrayna bu bölgəni tez bir zamanda geri almaq və Krıma gedən yolu açmaq üçün mübarizə aparır.

Çünki hərbi ekspertlər qış aylarında irəliləyişin çətinləşəcəyini bildirirlər.
Kateqoriyalar: Canlı debat