Videonun müddəti: 45:53 Baxış: 273 Əlavə edilib: 2022.09.11
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndidə olay! ruslar darmadağın olur - CANLI

Fransa Azərbaycanın 5 erməni hərbçisini qarşı tərəfə təhvil verməsini alqışlayıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

“Fransa Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan arasında 31 avqust 2022-ci ildə Brüsseldə keçirilmiş görüşün ardınca Azərbaycan tərəfindən saxlanılmış ermənilərin azadlığa buraxılmasını alqışlayır”, - bəyanatda qeyd olunub.

Amma erməni tərəfi buna sağol əvəzinə, Kəlbəcərdəki mövqelərimizi atəşə tutub. Bununla əlaqədar sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bildirilib ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə əməliyyat şəraiti və mövcud vəziyyət geniş təhlil edilib.

Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın rayonları istiqamətlərində Ordumuzun mövqelərini intensiv atəşə tutması nəticəsində yarana biləcək gərginliyi xüsusi vurğulayan müdafiə naziri istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.

Ukrayna silahlı qüvvələri Xarkov regionunun şərqində yerləşən Kupyansk şəhərini işğaldan azad edib. Xarkov Regional Şurası sədrinin müşaviri Natalia Popova “Facebook” hesabındakı paylaşımında bildirib.

“Kupyansk Ukraynadır. Yaşasın Ukrayna Ordusu!”, - o qeyd edib. Popova Kupyansk Şəhər Şurası binasının qarşısında dayanmış Ukrayna hərbçilərinin şəklini paylaşıb. Ukrayna Baş Qərargahı məsələ ilə bağlı rəsmi məlumat paylaşmayıb.
Kateqoriyalar: Həftə içi