Videonun müddəti: 57:31 Baxış: 221 Əlavə edilib: 2022.09.11
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Əliyev, Ərdoğan və Paşinyan bir araya gəlir: nələr danışılacaq? Elşad Musayevlə CANLI

Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qonaq qismində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edəcək. Bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov öz "Facebook" səhifəsində məlumat verib. O bildirib ki, ümumilikdə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitində 15 dövlətin başçısı iştirak edəcək. Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Pakistanın Baş naziri Şahbaz Şərif, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon da var. Sammitdə Belarus Prezidenti Aleksandr Lukaşenko, İran Prezidenti İbrahim Rəisi, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux da ŞƏT-in müşahidəçi dövlətlərinin başçıları qismində iştirak edəcəklər.

Ali Məhkəmədə terrorçu silahlı birləşmələrin tərkibində olmuş 4 Ermənistan vətəndaşı barəsində kassasiya şikayəti üzrə məhkəmə prosesləri keçirilib. Ali Məhkəmənin qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı məhkumlara aid hissədə dəyişdirilib. Həmin şəxslərə 1 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onların həbs cəzası bitmiş sayılıb və dərhal cəzaçəkmə müəssisəsindən azad edilib.

Bakı Apelyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarının qalan hissəsi dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin 4 Ermənistan vətəndaşı 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycanda saxlanan erməni hərbçiləri ölkələrinə təhvil verilib. Qarşılığında isə minalanmış ərazilərin xəritələri alınıb.

Sonradan rəsmi şəkildə etiraf edilib ki, bu xəritələr dəqiq deyil. Yaxud 30-40 faiz dəqiqdir. Maraqlıdır, Ermənistan bu dəfə erməni hərbçilərin qaytarılması qarşılığında nəsə vəd edibmi?