Videonun müddəti: 54:15 Baxış: 145 Əlavə edilib: 2022.09. 9
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ermənilərdən “U dönüşü” – düşmənçiliyi qızışdırmayaq – Kamran Həsənli gündəmi təhlil edir

Azərbaycanlılarla uzunmüddətli düşmənçiliyin qızışdırılması Ermənistan və ümumiyyətlə bütün erməni xalqı üçün bir tələdir.

Bu fikirləri Ermənistan Milli Məclisinin “Mülki müqavilə” fraksiyasının deputatı Arsen Torosyan bildirib.

“Biz düşmənçiliyi qızışdırmamalıyıq. Biz illərdir “artsax” ideyası ilə yaşadıq. Bunu bizim beynimizə soxdular. Amma 30 il ərzində “artsax”ın müstəqilliyinə nail olunmamış, əvvəlki illərdə uğursuzluğa düçar olmuşuq. Bu fikir özünüaldatma idi. Ermənistanın “dqr”in müstəqilliyini tanımaq şansı yoxdur və heç vaxt olmayıb. Biz yavaşlamış minanın üzərində durmuşuq... İndi bizə şans verilib – ya böyük partlayışın qurbanı oluruq, ya da münaqişəni həll edirik. Bunun üçün müharibə və hərbi münaqişə içində 30 il yaşayan erməni və Azərbaycan xalqlarının yaralarını müalicə etmək lazımdır. Artıq ağıllanmaq vaxtıdır...” - deyə erməni deputat qeyd edib.

Ermənilər reallığı anlayırlarmı? Paşinyan cəbhəsindən gələn xəbərlər hansı proqnozlar yürütməyə imkan verir? Qarabağda baş verənlərdən narahat olmalıyıqmı?
Kateqoriyalar: News & Politics