Videonun müddəti: 45:13 Baxış: 182 Əlavə edilib: 2022.09. 9
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndiyə köçən milyarder Vardanyan quldurbaşı ilə ittifaq qurdu: detallar CANLI-da

Sentyabrın 8-də Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan bu günlərdə Rusiya vətəndaşlığından imtina edərək, qanunsuz olaraq Azərbaycan ərazisinə köçmüş rusiyalı milyarder Ruben Vardanyanla görüşüb. Erməni mediası xəbər verir.
Qondarma qurumdan bildirilib ki, Arutyunyan Ruben Vardanyanın ““artsax”a köçmək, artsaxın təhlükəsizliyinin və inkişafında bilavasitə iştirak etmək qərarını alqışlayıb və bunun bütün dünya ermənilərinin çoxu üçün nümunə olacağına ümid etdiyini bildirib”. Məlumatda bildirilir ki, görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Hakim “Mülki müqavilə” fraksiyasının deputatı Arsen Torosyan isə bildirib ki, azərbaycanlılarla uzunmüddətli düşmənçiliyin qızışdırılması Ermənistan və ümumiyyətlə bütün erməni xalqı üçün bir tələdir. “Biz düşmənçiliyi qızışdırmamalıyıq. Biz illərdir “artsax” ideyası ilə yaşadıq. Bunu bizim beynimizə soxdular. Amma 30 il ərzində “artsax”ın müstəqilliyinə nail olunmamış, əvvəlki illərdə uğursuzluğa düçar olmuşuq. Bu fikir özünüaldatma idi. Ermənistanın “dqr”in müstəqilliyini tanımaq şansı yoxdur və heç vaxt olmayıb. Biz yavaşlamış minanın üzərində durmuşuq... İndi bizə şans verilib – ya böyük partlayışın qurbanı oluruq, ya da münaqişəni həll edirik. Bunun üçün müharibə və hərbi münaqişə içində 30 il yaşayan erməni və Azərbaycan xalqlarının yaralarını müalicə etmək lazımdır. Artıq ağıllanmaq vaxtıdır...” - deyə erməni deputat qeyd edib.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Vaqif Hüseynlə Paşinyanın partiyasının deputatının “artsax” açıqlamasını və milyarderlə qukldurbaşı Araikin ittifaq qurmasını müzakirə edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi