Videonun müddəti: 1:00:51 Baxış: 273 Əlavə edilib: 2022.09. 9
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Hökumət bu siyasi partiyaları ləğv edəcək – Elman Nəsirovla Pənah Hüseyn “Canlı debat”da

Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat

ABUNƏ OLUN : https://www.youtube.com/TVmusavat

Facebook https://www.facebook.com/tvmusavat

Bəlli olduğu kimi, Azərbaycanda Siyasi partiyaların fəaliyyətini tənzimləyəcək yeni qanun hazırlanıb. Layihənin tamamlanması üşün 40-dan çox partiyanın təklifləri alınıb.
Qanunda həm də Siyasi partiyanın hansı hallarda ləğv ediləcəyi müəyyənləşir.
Bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Siyasi partiya bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər.

Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın qurultayının qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada qəbul edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırır:
-siyasi partiya bu Qanunun 4.3-cü maddəsinin tələblərini pozduqda;
-bu Qanunda nəzərdə tutulmuş hallarda;

-fəaliyyəti dayandırılmış siyasi partiya bu Qanunun tələblərini pozduqda;
- Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə.

Siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsinin qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir.
9.5. Siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.

9.6. Siyasi partiyanın ləğvi ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Mühüm məqamlardan biri də odur ki, Azərbaycanda azı 10 min üzvü olan siyasi partiyalar dövlət qeydiyyatına alınacaq. Hazırkı qanunda bu rəqəm 1000 nəfər nəzərdə tutulub.
Habelə, partiyalar dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərə bilməzlər.

Reallıq bundan ibarətdir ki, siyasi təşkilatların işi adından da göründüyü kimi, siyasi proseslərdə iştirak etməkdir. Lakin Azərbaycanda xeyli partiya var ki, onlar seçkilərdə iştirak etmirlər, mövcudluqları yalnız kağız üzərindədir. Bəzi iri partiyalar da bunu “boykotçuluq” prinsipləri ilə etmirlər.
Həmçinin, hazırda bir sədri, 1 müavini və azsaylı üzlərdən ibarət formal partiyalar da çoxdur.
Yeri gəlmişkən, Qanunda kimlər partiya sədri ola bilər, məqamı da vardır. Üstəlik, Partiyaların ölkə xaricində hansısa hesab açmalarının qadağan olunması detalları da var. Bu məqamların hamısını işləyərsən.

Bəs dünya təcrübəsində necədir? Seçkilərdə iştirak etməyən partiyalarla necə davranılır? Ümumiyyətlə, yeni qanunu ekspertlər necə dəyərləndirir? Bunlar günümüzün tələbidirmi?
Kateqoriyalar: Canlı debat