Videonun müddəti: 54:37 Baxış: 312 Əlavə edilib: 2022.07. 6
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ermənilər Qaragöl istiqamətini minaladılar, ehtiyatdakı hərbçilər orduya toplanır - müharibə qapıda?

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın Laçın rayonu ərazisində yerləşən Qaragöl istiqamətində sərhəd bölgəsini minalayıblar.

Bu barədə Ermənistanın “Hraparak” qəzetində dərc olunan xəbərdə bildirilib.
Qeyd edilib ki, azərbaycanlı hərbçilərin Qaragöl ərazisindəki mövqelərdə möhkəmlənməsi erməni tərəfində ciddi qorxu və narahatlıq hissini artırıb.
“Oradakı azərbaycanlı hərbçilər qarşısında sərhədimiz o qədər müdafiəsizdir ki, onlar maneəsiz keçib Sisyana qədər gəlib çata bilərdilər”,-deyə “Hraparak” bildirib.
Qəzet yazır ki, vəziyyət ermənilər üçün o qədər həyəcanlı idi ki, yerli ordu korpusu Gorusun Xoznavr kəndi ərazisində təxminən 1 kilometr uzunluğunda məsafəni - Qaragölə doğru olan zonanı minalamaq qərarına gəlib.

Kəndin icma başçısı Varo Qriqoryan da ərazinin minalandığını “Hraparak”a təsdiqləyərək, əlavə şərh verməyib.

“Hraparak” minalanma ilə bağlı Xoznavr kəndinin erməni sakinlərinə əvvəlcədən xəbərdarlıq edilmədiyini də bildirib. Nəticədə kəndlilərdən birinin həmişəki kimi ərazidə otlayan atları minaya düşərək ölüb.
Kateqoriyalar: Canlı debat