Videonun müddəti: 1:52 Baxış: 294 Əlavə edilib: 2022.09. 6
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Daşkəsəndə torpaq uçqunu baş verdi - hadisə yerindən görüntülər

Daşkəsəndə torpaq uçqunu baş verib. Hadisə rayonun Mollahəsənli kəndində qeydə alınıb.

Nəticədə təqribən 10 hektar ərazini əhatə edən torpaq kütləsi Daşkəsən rayonu ilə Mollahəsənli, Əhmədli, Şahvələdli və Dəstəfur kəndlərini birləşdirən yolun Mollahəsənli kəndindən keçən hissəsini, eyni zamanda ərazidən axan Mollahəsənlisu çayının qarşısını kəsib. Torpaq uçqunu zamanı xəsarət alan olmayıb. Müvafiq qurumlar tərəfindən aidiyyəti mütəxəssislər əraziyə cəlb edilib, yolun tam olaraq açılması istiqamətində işlər görülür.

VİDEO Torpaq kütləsinin heç bir kimyəvi qarışığı olmadığından hadisənin ətraf mühitə hər hansı bir ekoloji təsiri olmayıb. Səhər saatlarına yaxın kəndlərin elektrik enerjisi ilə təminatı bərpa edilib. Kəndə gediş-gəlişi təmin etmək üçün alternativ yol hazırlanıb


Məlumat üçün bildirək ki, torpaq uçqunu zamanı rayon mərkəzi ilə əlaqəsi kəsilən 4 kənddə təxminən iki minə yaxın sakin yaşayır.



İlham Məmmədov, Daşkəsən
Kateqoriyalar: Reportaj