Videonun müddəti: 1:17:02 Baxış: 316 Əlavə edilib: 2022.09. 5
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Hafiz Hacıyevlə “Canlı debat” - TƏCİLİ: “Tərtər işi”ndə ölənlərdən birinin məzarı açıldı

Baş Prokurorluq "Tərtər işi" ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir: "Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.

Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 288 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilmiş, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilmişdir. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 405 zərərçəkmiş şəxs müəyyən edilmişdir".

Təmkin Nizamioğlunun meyiti ekshumasiya edilərək onun işgəncələrə məruz qalması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə sübutlar təsdiq olunub.

Bu barədə Baş Prokurorluqdan bildirilib. Məlumata görə, əvvəlki istintaq zamanı işgəncələr nəticəsində ölməsi müəyyən edilmiş şəxslərdən əlavə Təmkin Nizamioğlunun da işgəncələrə məruz qalması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə sübutlar əldə edildiyindən, onun meyiti ekshumasiya edilmiş və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə də bu hal təsdiq olunmuşdur.

Cinayət-prosessual qanunvericiliyə uyğun olaraq qeyd edilən şəxsin yaxın qohumunun zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması təmin edilib.

Eyni zamanda bu günlərdə hakimiyyət daxilində də xeyli başqaldırmalar var. Belə ki, bəzi məmurların hakimiyyətdə çevriliş etmək üçün bir araya gəldiyi, gizli toplantılar keçirdiyi barədə məlumatlar yayılıb. 5-ci kalonun fəallaşması ilə bağlı deyilənlər hakimiyyət daxilindən də təsdiqlənib. Bundan başqa, Zakir Qaralovun bu günlərdə müalicə üçün Almaniyaya getmək istəməsi, ona icazə verilməməsi ilə bağlı məlumatlar da yayılıb. Nələr baş verir?
Kateqoriyalar: Canlı debat