Videonun müddəti: 46:56 Baxış: 244 Əlavə edilib: 2022.09. 3
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyan həddini aşdı: Qriqoryanı Xankəndinə niyə yolladı?-sensasion detallar hərbi analitiklə CANLI

“Sentyabrın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsi Ermənistan tərəfinin növbəti təxribatıdır və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirir”.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin şərhində qeyd olunub. Bildirilib ki, Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan növbəti görüşdən dərhal sonra Ermənistan rəsmisi tərəfindən məqsədyönlü şəkildə atılan bu qanunsuz addım, görüş zamanı əldə edilmiş razılıqlara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində səmimi olmadığını açıq nümayiş etdirir:

“Bu qanunsuz səfər, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığı, suverenlik və dövlət sərhədləri prinsiplərini qəbul etdiyinə dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir. Bu, həmçinin rəsmi İrəvan tərəfindən beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlikdir.
Ermənistan rəsmisinin təxribatçı addımını qətiyyətlə qınayır və vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı atılan hər hansı addımlar cavablandırılacaqdır”.

Dünən günorta saatlarından etibarən isə Kəlbəcər rayonunun Ermənistanla sərhəd bölgəsində meşə yanğını baş verib. Yanğın Ermənistanın Norabak kəndi ərazisindən başlayıb. Norabak kəndinin icra nümayəndəsi Vazgen Asatryan bildirib ki, dünən günorta saatlarından başlayan yanğını söndürmək mümkün olmayıb. Asatryan ənənəvi erməni yalanlarından birini danışaraq deyib ki, guya, əsən külək yanğının səmtini dəyişərək Azərbaycan ərazilərinə keçməsinə səbəb olub. Halbuki yanğının qəsdən törədildiyinə şübhə belə yoxdur.

Hazırda həm Ermənistan, həm də Azərbaycan tərəfində yanğının söndürülməsi üçün tədbirlərin görüldüyü deyilir. Bəzi ocaqların qaldığı, onların da lokallaşdırılması üçün addımlar atıldığı deyilir.
Ermənilər təkcə Kəlbəcər istiqamətində deyil, bütün sərhəd boyu mütəmadi olaraq təxribatlara əl atırlar. Yayın sonlarına doğru meşə yanğınlarının baş verməsi də həmin təxribatlardan biridir.
Onların inkar etməsinə rəğmən, Laçın ərazisində qəsdən meşə yanğınlarının törədilməsi təsdiq edir ki, hadisə məhz düşmən tərəfindən törədilib. Brüssel görüşündən sonra bölgədə hadisələr niyə bu şəkildə alovlanmağa başladı?

Android smartfonları üçün:
https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US

iOS üçün:
https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460

#Trend #Azərbaycan #Xəbər

#xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Kateqoriyalar: Həftə içi