Videonun müddəti: 3:10 Baxış: 297 Əlavə edilib: 2022.09. 2
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Laçın görüntüləri, ən son xəbərlər! Reportyorlarımızın eksklüziv görüntüləri

Bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Laçın şəhərinin Zabux kəndinə səfər ediblər.

Musavat.com-un Laçına ezam olunmuş əməkdaşları xəbər verir ki, media nümayəndələri ermənilər tərəfindən yandırılan evlərə baş çəkiblər.

Erməni ailələri kəndi tərk edən zaman bir neçə evi, meşə ərazilərini yandırmaqla yanaşı, bəzi evləri də yararsız vəziyyətə salıb.

Media nümayəndələri eyni zamanda Laçının mərkəzində də olub, oradakı vəziyyətlə bağlı reportaj hazırlayıblar.

Musavat.com əməkdaşlarımızın Laçın şəhərindən hazırladıqları video-reportajı təqdim edir:
Kateqoriyalar: Reportaj