Videonun müddəti: 43:59 Baxış: 328 Əlavə edilib: 2022.09. 2
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Əliyev-Paşinyan kritik görüşü başladı - masada sensasion nələr var? Çingiz Qənizadə CANLIda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdədir.

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Bu görüşün nəticələri nədən ibarət olacaq? Azərbaycan Laçın şəhəri, Zabux və Susu ermənilərdən azad etməklə görüşə üstün yollanır. Buna qədər “Qisas” əməliyyatı da separatçıların nəfəsini kəsib və halqasını daraldıb.
Ona görə Qarabağ mövzusu Ermənistanla müzakirə olunacaq predmet deyil. Görüşdə iki ölkə arasında normallaşma prosesi, 10 noyabr sənədinin icra edilməyən bəndləri masaya daşınacaq.

TVMusavat-ın canlı efirində Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə Brüssel görüşünü qaynar-qaynar təhlil edirik.
Kateqoriyalar: Həftə içi