Videonun müddəti: 1:03:47 Baxış: 373 Əlavə edilib: 2022.07. 5
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Quru sərhədlərimizin niyə açılmaması barədə yeni iddialar - biri sensasiyadır - Tural Abbaslı CANLI

Rusiya iyulun 15-dən quru sərhədlərini açacaq. Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, Belarus vətəndaşları istisna olmaqla, digər ölkə vətəndaşları Rusiyaya gəldikdə PCR testindən keçməlidirlər.

Şimal qonşumuzun quru sərhədi açması bu mövzunu yenidən aktuallaşdırıb. Xatırladaq ki, yeni qərara əsasən, iyulun 1-dən etibarən Naxçıvan Muxtar Respublikası ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələri iki ay müddətinə sərnişin daşımalarına qapadıldı. Bu məsələ ilə bağlı, Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib ki, sərhəd Nazirlər Kabinetinin 20 iyunda çıxarılan 232 saylı qərarına əsasən bağlanılıb: “Bu qərarda bildirilir ki, sentyabrın 1-dək yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyat ilə giriş-çıxış dayandırılsın. Sözügedən qərarda sərhədin bağlanmasının pandemiya ilə əlaqədar olduğu göstərilib”.
Azərbaycan sərhədlərinin bağlı qalması haqda informasiya məkanında ən müxtəlif versiyalar səslənməkdədir. REAL sədri İlqar Məmmədov bu barədə daha iki iddia səsləndirib.

“Ölkənin quru sərhədlərin tam bağlanmasının hələlik ancaq iki mümkün səbəbini görürəm: ya yeni müharibə yaxındadır, ya da Naxçıvan muxtariyyatını ləğv edəcək referenduma hazırlıq gedir”.
Musavat.com xəbər verrir ki, İlqar Məmmədov Meta-da belə yazıb. Onun sözlərinə görə, bu məsələdə ölkə daxilindəki proseslərə xarici elementlərin müdaxiləsi ehtimalını minimuma endirmək məqsədi hiss olunur.

İ. Məmmədov sərhədlərin bağlanmasında hava nəqliyyatı şirkətinin maraqlı olması barədə gəzən versiyanı təkzib edib: “Bu durumdan əlavə pul qazanması biznesin hansısa siyasi məqamlardan faydalanması mövzusudur. Mən hələlik yeni müharibə ya da referendumdan başqa səbəbini görmürəm. Bəlkə bir qədər vaxt sonra başqa səbəblər də görünər”.
Kateqoriyalar: Canlı debat Gündəm