Videonun müddəti: 1:10:02 Baxış: 328 Əlavə edilib: 2022.09. 2
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Pənah Hüseynlə Rüfət Quliyevin “Canlı debat”ı – Alternativ Laçın yolunu “artsax polisi” qoruyur?

Xəbər verildiyi kimi, artıq Laçın dəhlizi bağlanıb. Avqustun 30-dan ermənilər alternativ yoldan istifadə eləməyə başlayıblar. Lakin bununla bağlı erməni tərəfindən gələn xəbərlərdə sual yaradan məqamlar var.

Məsələn, erməni KİV-ləri belə bir xəbər yayıb: “Artsax respublikası”ndan Ermənistan Respublikasına və əks istiqamətdə hərəkət artıq Berdzor (Laçın – red.) şəhərindən yan keçməklə alternativ marşrutla həyata keçirilir. Bu barədə NEWS.am saytına “artsax respublikası”nın “daxili işlər nazirliyi”ndən (? – red.) bildirilib. Məlumata görə, Şuşi (Şuşa – red.) rayonunun Berdadzor (Laçın – red.) rayonunun kəsişməsindən başlayan yeni Stepanakert-Qoris yolu avqustun 30-da saat 20:00-dan etibarən istifadəyə verilib. Yolda Rusiya sülhməramlıları yerləşdirilib. Burada həmçinin “artsax daxili işlər nazirliyi”nin “yol polisi” və “artsax fövqəladə hallar dövlət xidməti”nin xilasediciləri vətəndaşların təhlükəsiz keçidinə nəzarət üçün gücləndirilmiş rejimdə xidmət göstərir”.

Yəni belə çıxır ki, alternativ Laçın yolunu həm də “artsax polisi” qoruyur. Belədirsə, onda Rusiya sülhməramlıları Qarabağda nə işi var? Onlar buna niyə izn verirlər? Bəlkə hərbi kontingentin komandanı general Volkovu Bakıya çağırmaq zamanıdır? Rəsmi Bakı buna etiraz bildirəcəkmi?

Bu, separatçıların Bakıya qarşı ilk belə təxribatı deyil. Yasda salaq ki, bir müddət öncə “artsax polisi” xüsusi fərqlənmə nişanə və geyimdə rus sülhməramlıları ilə birgə erməni kəndindın keçən Azərbaycan yük maşınlarını yoxlamaq cəsarətində bulunmuşdu.
Kateqoriyalar: Canlı debat