Videonun müddəti: 1:04:14 Baxış: 304 Əlavə edilib: 2022.08.31
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndi ayağa qalxdı – bayrağımızın orda dalğalanması yaxındadır – Əvəz Zeynallı ilə “Canlı debat”

Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər etiraz aksiyası keçirib. Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Etirazçıları separatçı rejimin rəhbərindən qondarma “maliyyə”, “təhlükəsizlik şurası” və “nazirlər kabineti” rəhbərlərinin istefaya göndərilməsini tələb ediblər. Bundan əlavə, aksiya iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırıblar.

Bakı Xankəndə nəzarəti gücləndirir- bayrağımızın dalğalanması yaxındadır

Xankəndindəki separatçı rejim isə sentyabrın 2-də qondarma “müstəqilliyin” elan olunmasının 31 illiyini qeyd etmək niyyətindədir.Erməni mediasının yazdığına görə, “artsax milli assambleyasının’’ bütün beş fraksiyaları isə sentyabrın 2-də bir sıra tədbirlər keçirmək barədə qərarlarını elan ediblər. Bildirilib ki, sentyabrın 2-də saat 17:30-da Xankəndinin bütün sakinləri və qonaqları Azadlıq meydanından başlayacaq yürüşdə iştirak etməyə dəvət olunur. Yürüşdən sonra mitinq keçiriləcək.

Qeyd edək ki, ötən il Ermənistan baş naziri Nikol Paşinyan və ölkənin digər yüksək rütbəli rəsmiləri əvvəlki illərdən fərqli olaraq, “müstəqillik tədbirlərində” iştirak etmək üçün Xankəndinə getməyib. Ötən illərdə Ermənistan rəhbərliyi “bayramda” mütləq Qarabağa gedirdi, hərbi paradlarda və s. iştirak edirdi. Bu dəfə isə Bakı belə bir sarsaq olsa da, anti-Azərbaycan toplaşmasının keçirilməsinə qarşıdır. Bu məqsədlə də, Xankəndiyə gələnlər ciddi yoxlamadan keçirilirlər, qeydiyyatı olmayanlar Qarabağ istiqamətinə buraxılmırlar. Politik.am xəbər verir ki, İrəvandan Xankəndinə gedərkən Qarabağ separatçı ordusunun keçmiş komandanı Mikayel Arzumanyan həbs edilib.

Məlumata görə, general Ermənistan İstintaq Komitəsinin təklifi ilə həbs edilib.

Qeyd edək ki, Mikael Arzumanyan Azərbaycan ordusunun sələfi Cəlal Arutyunyanın maşınına hücumundan sonra Qarabağ separatçı ordusunun komandanı təyin edilib.

Təsadüfi deyil ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə xarici ölkə vətəndaşlarının girişi qadağan edilib. Bu barədə isveçli jurnalist Rasmus Kanbök “Twitter” hesabında yazıb. O, Xankəndiyə səfər etmək üçün Qarabağdakı separatçılara müraciət edib. Jurnalistə bildirilib ki, giriş icazələrinin verilməsi qeyri-müəyyən müddətə dayandırılıb. Hətta belə iddialar var ki, ilin sonunadək Xankəndidə Azərbaycan bayrağının dalğalanması və Prezidentin xüsusi nümayəndəsinin orada oturması da reallaşa bilər.

Bugünkü Brüssel görüşü və onun gözlənilən nəticələri də bu məsələdə ciddi rol oynayacaq. Suallar çox, həllini gözləyən məqamlar isə daha çoxdur.
Kateqoriyalar: Canlı debat
Mövzular: əvəz zeynallı