Videonun müddəti: 5:55 Baxış: 271 Əlavə edilib: 2022.08.21
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Uşaqlarınıza yaxşı gələcək istəyirsinizsə, "Addım-A"dan başlayın - REPORTAJ

0-6 yaşları əhatə edən erkən uşaqlıq ən sürətli inkişaf dövrü hesab olunur. Bu baxımdan məktəbəqədər təhsil uşaq üçün həyati əhəmiyyət daşıyır.

Ekspertlər də qeyd edir ki, bu məhsuldar dövrü effektli keçirməyin ən yaxşı yolu uşağı bağçaya verməkdir. Amma baxır necə bağçaya?

Azərbaycanda zaman-zaman dövlət bağçalarında hansısa neqativliklərə rast gəlirik. Buna görə də bəzən valideynlər uşaqlarını bağçalara verməkdə tərəddüd edir.

Bəs özəl bağçalarda vəziyyət necədir? Göstərdiyi xidmətlər qarşılığında ödəniş tələb edən özəl bağçalar uşaqlar üçün hansı fərqli xidmətlər təklif edir? Uşaqlar bu cür bağçalarda hansı bilik və bacarıqları əldə edə bilirlər?

"TV Musavat"ın əməkdaşları mövzunu daha yaxından araşdırmaq üçün Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi 332 ünvanında yerləşən "Addım-A" uşaq bağçasında olub.
Kateqoriyalar: Reportaj