Videonun müddəti: 1:12:31 Baxış: 287 Əlavə edilib: 2022.08.26
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ordumuz Laçına yerləşdi, bundan sonra nələr olacaq? İlqar Məmmədovla Hikmət Babaoğlu efirdə! CANLI

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti görüşün tarixi və yeri dəqiqləşdi - avqustun 31-i, Brüssel. Bu barədə Ermənistan hökumətindən məlumat verilib.

Bundan cəmi 2 gün qabaq - avqustun 29-da Moskvada Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyalarının ikinci iclası keçirilməsi nəzərdə tutulub (Maraqlıdır ki, Ermənistan hökumətindən görüşün avqustun 29-u yox, 30-da olacağı bildirilib). İclasda Azərbaycan tərəfindən komissiyaya baş nazirin müavini, Dövlət Komissiyasının sədri Şahin Mustafayev rəhbərlik edəcək.

Məlumatda bildirilir ki, Azərbaycan prezidentinin, Ermənistanın baş nazirinin və Avropa İttifaqı Şurasının sədrinin 2022-ci il aprelin 6-da keçirilən görüşündən sonra qəbul edilmiş yekun bəyanatda, xüsusən də sülh müqaviləsinin hazırlanması üzrə danışıqlara başlanılması nəzərdə tutulur. Azərbaycan və Ermənistan arasında müvafiq işçi qrupunun yaradılması da gündəmdədir. Tərəflər sərhəd məsələləri üzrə birgə komissiyanın yaradılması və ilk növbədə sərhədlərin delimitasiyası prosesinə başlamaq barədə razılığa gəliblər.

Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan Prezidentinin 23 may 2022-ci il tarixli sərəncamı ilə Delimitasiya Məsələləri üzrə Dövlət Komissiyası yaradılıb. İrəvanda da oxşar qrup fəaliyyətə başlayıb.

Brüssel və Moskva görüşlərinin bir gün fərqlə ard-arda keçirilməsi ilk belə haldır. Bu təsadüfdürmü və ümumi sülh prosesinə nə dərəcədə faydalı ola bilər? Artıq sülh müqaviləsinin imzalanması yönündə proseslərin sürətlənməsindən danışmaq mümkünmü? Ukraynaya görə düşmən kəsilən Qərb və Rusiya Qarabağ üzrə anlaşma içindəmi?
Kateqoriyalar: Canlı debat