Videonun müddəti: 4:41 Baxış: 230 Əlavə edilib: 2022.08.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

"Azərbaycan altına imza qoyduğu bəyanatı hamıya qəbul etdirib" - Fazil Mustafadan dərin təhlil

"Azərbaycan altına imza qoyduğu bəyanatı hamıya qəbul etdirib. Məsələn, siz diqqət edirsinizsə, Rusiya Ukrayna ilə savaş prosesində Qazaxıstana, Gürcüstana qarşı ayrı-ayrı siyasətçilər, jurnalistlər vasitəsilə xeyli aqressiv fikirlər səsləndirən ölkədir. Azərbaycanla bağlı bu ifadələrə biz çox nadir hallarda, təsadüfi epizodlarda rast gələ bilirik."

Musavat.com xəbər verir ki, bu sözləri "Tv Müsavat"ın efirində millət vəkili Fazil Mustafa deyib.

O qeyd edib ki, Rusiyanın rəsmi məqamlarından səslənən bir fikir var: 10 noyabr bəyanatının və 11 yanvar sənədənin müddəaları yerinə yetirilməlidir: "Biz buradan da görürük ki, Azərbaycan Rusiyanı da o çərçivəyə gətirib çıxarıb və Rusiyaya o çərçivəni qəbul elətdirib".