Videonun müddəti: 1:05:18 Baxış: 20K Əlavə edilib: 2022.06.22
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Lavrov Bakıya yeni təhlükələrlə gəlir… - Üzeyir Cəfərovla “Canlı debat”

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfərinin gündəliyi açıqlanıb.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Zaxarovanın sözlərinə görə, Lavrovun Bakıda Azərbaycan Prezidenti ilə görüşü gözlənilir: “Bundan başqa, azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar planlaşdırılır. Səfər zamanı Moskvada 22 fevral 2022-ci il tarixində imzalanan müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə müzakirə olunacaq. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi üçün səylər diqqətə çatdırılacaq”.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycanda səfərdə olacaq.

Lavrov Bakıya təhlükələrlə gəlir? Nədir bu təhlükələrin mahiyyəti? Yeni sürpriz ola bilərmi?
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics