Videonun müddəti: 48:23 Baxış: 350 Əlavə edilib: 2022.08.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Kamran Həsənli və İlham İsmayıl CANLI YAYINda! Ölkə və savaş gündəmi müzakirə olunur!

Ermənistan Rusiya Xarici İşlər Nazirliyinin notasına cavab verib. Bu barədə Ermənistan XİN məlumat yayıb. Qeyd olunub ki, notanın məzmunu daxili diplomatik yazışmaların tərkib hissəsidir. Ona görə də XİN mətnin dərcini düzgün hesab etmir.
Xatırladaq ki, avqustun 14-də İrəvanda “Surmalu” ticarət mərkəzində baş verən partlayışda Rusiya ittiham olunmuşdu. Bu səbəbdən rəsmi Moskva İrəvana nota vermişdi.

Rusiya ilə Ermənistan arasında nələr baş verir? Azərbaycan və Ermənistan rəhbərliyi arasındakı Brüssel görüşündən nə gözləyirik? Xankəndindəki partlayışda hansı izlər var?

Bu və gündəmdəki digər xəbərlər aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində müzakirə ediləcək. Verilişin qonağı isə təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Siyasət Gündəm
Mövzular: "kamranla 1"