Videonun müddəti: 1:02:24 Baxış: 313 Əlavə edilib: 2022.08.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Duqinanın qətli Ukraynanı zəiflətdimi? – Elxan Nuriyevlə “Canlı debat”

Rusiya yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə zərbələr endirməyi planlaşdırır. Bu barədə Britaniyanın “Reuters” agentliyi məlumat yayıb. Agentlik etibarlı mənbələrinə istinadla bildirir ki, yaxın günlərdə Ukrayna əhalisi üçün ciddi təhlükələr gözlənilir: “Bizdə məlumat var ki, Rusiya yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə zərbələr endirmək üçün səylərini artıracaq. Rusiyanın Ukraynada törətdiyi vəhşilikləri nəzərə alsaq, onların mülki əhalini hədəf alacağı istisan edillmir”.

Xatırldaq ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiyanın mümkün hücumlarıyla bağlı əhaliyə xəbardarlıq edib. Zelenski təhlükəsizlik səbəbi ilə Ukraynada kütləvi tədbirlərin keçirilməsinin bir müddət qadağan edildiyini açıqlayıb.

Duqinin qızına qarşı sui-qəsd Ukraynanın əlini zəiflətdimi? Bundan sonra daha səs-küylü terror aksiyaları baş verə bilərmi?
Kateqoriyalar: Canlı debat
Mövzular: elxan nuriyev