Videonun müddəti: 1:19 Baxış: 335 Əlavə edilib: 2024.12.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Zelenskidən Putinin "DUEL" təklifinə SƏRT REAKSİYA: Putini "ÇÖP" adlandırdı

Rusiya Prezidenti Vladimir Putin, Kiyevdə "Oreşnik" raketlərinin iştirakı ilə "texnoloji duel" təşkil etməyi təklif edib.

Musavat.tv xəbər verir ki, bu təklifə Ukrayna Prezidenti Volodimir Zelenski sərt reaksiya verib. Zelenski, "Görürsünüzmü, bu adam adekvat deyil. 'Texnoloji duel' təklif edir, amma biz ona 'Oreşnik'in necə vurulduğunu göstərəcəyik" deyə bildirib.

Zelenski, həmçinin, Macarıstanın Baş naziri Viktor Orbanın Ukrayna adından danışıqlar aparmaq mandatı olmadığını vurğulayıb. O, "Macarıstanın baş naziri Viktor Orbanın nəzərinə bir daha çatdırıram ki, onun Ukrayna adından danışıqlar aparmaq mandatı yoxdur. O bizim üçün sadəcə olaraq, Rusiya diktatoru Vladimir Putinlə həddindən artıq isti münasibətlərə malik olan şəxsdir" deyə qeyd edib.

Bu açıqlamalar, Ukrayna və Rusiya arasındakı gərginliyin davam etdiyini və diplomatik münasibətlərin daha da mürəkkəbləşdiyini göstərir.
Kateqoriyalar: Siyasət