Videonun müddəti: 1:01:34 Baxış: 428 Əlavə edilib: 2022.08.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Kamran Həsənli ilə İrəvanda partlayış, Xankəndidə təşviş müzakirəsi - CANLI

"Ermənistan Respublikasının rəhbəri vəzifəsini tutan şəxs üç il əvvəl cəmi 1 milyon dollar versəydi, dünən baş verən yanğında nə qədər insanın həyatını xilas etmək olardı".

Bu barədə Baş nazir Nikol Paşinyanın aviasiya məsələləri üzrə keçmiş müşaviri Akop Çağaryan bildirib. “24 saatdan çox hələ də davam edən yanğının qarşısı alınmayıb. 3 il əvvəl Paşinyana təklif vermişdik ki, yeni helikopterlər alsınlar. Amma o bizim təklifimizə heç baxmadı.

Onu da vurğulamaq istərdim ki, hər bir helikopterin qiyməti baş nazirin müavininin liftinin təmiri qiymətinə, tikilən avtoparkın qiymətinə bərabər idi. Ermənistanın baş naziri postunu tutan Nikol Paşinyanı ağır nəticələrə səbəb olan cinayətdə ittiham edirəm. Bu gün olanların hamısının günahkarı Nikol Paşinyandır. Ona görə də Paşinyanı istintaqa cəlb etmək lazımdır”,- Çağaryan ittihamlar səsləndirib.

Avqustun 14-də İrəvanda “Sürməli” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 6 nəfər ölüb, 61 nəfər yaralanıb. 15 nəfər itkin düşmüş sayılır. Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış atəşfəşanlıq mağazasında baş verib.
Kateqoriyalar: Siyasət