Videonun müddəti: 1:12:11 Baxış: 9.8K Əlavə edilib: 2022.06.23
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Həbs olunan generallardan biri işdən çıxarıldı, növbədə kimdir? – Natiq Cəfərli ilə “Canlı debat”

Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov işdən çıxarılıb.

"Unikal.az"-ın məlumata görə, bununla bağlı DGK-nin sədri Səfər Mehdiyev əmr imzalayıb.
S. Mehdiyevin digər bir əmri ilə həmin vəzifəyə Mövsümov Hüseyn Mövsüm oğlu təyinat alıb.
Qeyd edək ki, bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində Ehtiram Xəlilov saxlanılıb.

Bəs müvafiq qurumlar bu mövzu ilə bağlı niyə rəsmi açıqlama yaymır? Dövlət Gömrük Komitəsində nələr baş verir? Bu həbslərin davamı olacaqmı? İşdən çıxarılanların siyahısı artacaqmı?
Bu və gündəmdəki bir çox xəbərləri iqtisadçı-ekspert, ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics