Videonun müddəti: 0:55 Baxış: 110 Əlavə edilib: 2024.09. 2
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ukraynalı ekspertdən ANONS - Ruslar böyük HÜCUMA keçəcək!

Pokrovsk uğrunda döyüş yaxın həftələrdə başlayacaq.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko deyib.

"İndi orada çətin vəziyyət var, sadə döyüşlər deyil. Hər şey Pokrovsk üçün sentyabrın ikinci yarısında baş verə biləcək ümumi genişmiqyaslı döyüşə doğru gedir. Düşünürəm ki, bu döyüş rus qoşunları üçün 2023-cü ilin oktyabrında bu istiqamətdən Avdeyevka uğrunda döyüşlərlə başlayan və bir il davam edən hücum kampaniyasında sonuncu ola bilər", - o bildirib.

O, həmçinin Ukrayna silahlı qüvvələrinin Pokrovsk yaxınlığındakı müəyyən mövqelərdən çıxarılmasını ümumi fəlakət kimi qəbul etməməyə çağırıb və bunun bölmələrin döyüş effektivliyinin qorunması məsələsi olduğunu qeyd edib.

Mütəxəssisin fikrincə, bu, əslində Pokrovsk olacaq əsas müdafiə xəttinə geri çəkilməkdir.
Kateqoriyalar: Xəbər