Videonun müddəti: 59:27 Baxış: 84 Əlavə edilib: 2024.05. 9
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Bu gün İrəvanda QIRĞIN olacaq: Paşinyan HÜCUM tapşırığı verdi – detallar CANLIda

Erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi “Tavuş hərəkatı” bu gün İrəvana çatıb və Respublika meydanında mitinq təyin edilib.

Baş verənlər bu gün İrəvanda qarşıdurmanın yaşana biləcəyini göstərir.

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında “Tavuş hərəkatı”nın keçmiş prezident, “Ermənistan” fraksiyasının lideri Robert Koçaryan tərəfindən idarə edildiyini bildirdi və qeyd etdi ki, istənilən qanunsuz hərəkətə qarşı sərt addımlar atılacaq. Paşinyanın komandasının üzvləri də aksiyaya müdaxilələrin ediləcəyi haqda xəbərdarlıq edib. Lakin Baqrat və başının dəstəsi geri çəkilmək niyyətində deyil.

“Joxovurd” qəzeti yazır ki, Paşinyan komand üzvlərinə aksiyada kimlərin iştirak etdiyini və ictimai əhval-ruhiyyəni öyrənmək, toplantını pozmağın yollarını tapmaq tapşırığı verib.

“Hakim komandada düşünürlər ki, belə aksiyalar hakimiyyət dəyişikliyi ilə nəticələnməsə belə, bu cür üsyanlar “qartopu” effekti yarada və hərəkat tədricən güclənə bilər. 2018-ci ildə onlar özləri bu yolla hakimiyyətə gəlmişdi. Paşinyan Gümrüdən yürüşə başlayanda ona dəstək az idi, lakin tədricən gücləndi və hakimiyyətə gələ bildilər”, - qəzet yazır.

Ermənistan mediasında yayılan məlumatlara görə, hakimiyyətin aksiyaya müdaxiləsi İrəvan küçələrində toqquşmalara zəmin yarada bilər.
Kateqoriyalar: Canlı debat