Videonun müddəti: 1:11:42 Baxış: 131 Əlavə edilib: 2024.05. 8
Pinterest
LinkedIn
WhatsApp
Telegram

BU DEPUTATLAR daha PARLAMENTDƏ olmayacaq - SENSASİON SİYAHI! Fazil Mustafa və Pənah Hüseyn CANLIda

Sahibə Qafarovanın VII çağırış Milli Məclisdə spiker olacağı deyilir...
Azərbaycanda yaxın vaxtlarda VII çağırış Milli Məclisə seçkilərin keçiriləcəyi gözlənilir. Azərbaycan Konstitusiyasının 84-cü (Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti) maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır.
Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Konstitusiyanın 98-ci maddəsinə əsasən, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir. Qanunvericilik hazırkı seçkilərin erkən keçirilməsinə əsas verir. Yəni yay aylarında seçkilərin keçirilməsi gözləniləndir. Bir neçə gün öncə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkilərin müddəti önə də çəkilə bilər. O, buna səbəb kimi noyabr ayında keçiriləcək COP29-la bağlı tədbirləri göstərib: “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.
Belə olan halda, parlamentin üzvlərinin kimlərdən formalaşacağı diqqət mərkəzindədir. Ona görə də iddiası olanlar artıq fəallaşmağa başlayıblar.
Pravda.az xəbər verir ki, bu dəfə mənzərə fərqli olacaq, dövlət və xalq hər zaman fəal olanlara üstünlük verəcək. Ona görə də hazırkı deputatların bir hissəsinin VII çağırışda yer almayacağı, xüsusilə siyasi partiya təmsilçilərinin yenilənəcəyi bildirilir. Bütün hallarda hakim Yeni Azərbaycan Partiyasının təmsilçilərinin yeni parlamentdə çoxluq təşkil edəcəyi şübhəsizdir. Onu da qeyd edək ki, hazırkı sədr Sahibə Qafarovaya yenidən etimad göstəriləcəyi ehtimalı böyükdür. Müavinlər səviyyəsində dəyişiklik ediləcəyi gözləniləndir. İşğal altında olan torpaqları cəmi 44 günə azad edən ölkənin parlamenti daha da güclənməlidir. İndi müharibə hərb meydanında deyil, diplomatik müstəvidə həyata keçirilir. Prezident İlham Əliyev bu döyüşü də uğurla həyata keçirir. Bu məsələdə deputatların da üzərinə böyük məsuliyyət düşür. Ona görə də yeni çağırış Milli Məclis həlledici olacaq. Növbəti çağırışda təmsil olunmayacağı bildirilən deputatların adlarını təqdim edirik:
Ülviyyə Ağayeva (bitərəf) Əminə Ağazadə (bitərəf), Jalə Əhmədova (bitərəf), Jalə Əliyeva (bitərəf) Sevinc Hüseynova (YAP), Ülviyyə Həmzəyeva (YAP), Məlahət İbrahimqızı (YAP), Pərvin Kərimzadə (YAP).
Parlamentin ən yaşlı deputatı Ziyad Səmədzadədir (83 yaş). Onu Eldar İbrahimov (79 yaş) və Mixail Zabelin (78 yaş) izləyir.
“70-i ötmüşlər” siyahısındakı digər deputatların adlarını təqdim edirik:
- Fəzail Ağamalı (77 yaş);
- Sabir Rüstəmxanlı (77 yaş);
- Vahid Əhmədov (77 yaş);
- Əhliman Əmiraslanov (76 yaş);
- İsa Həbibbəyli (75 yaş);
- Tahir Rzayev (74 yaş);
- Aqiyə Naxçıvanlı (74 yaş);
- Fəzail İbrahimli (73 yaş);
- Elman Məmmədov (73 yaş);
- Rasim Musabəyov (73 yaş);
- Bəxtiyar Sadıqov (73 yaş);
- Eldar Quliyev (72 yaş);
- Anatoliy Rafailov (71 yaş);
- Əli Məsimli (71 yaş);
- Aqil Abbas (71 yaş);
- Cavanşir Paşazadə (71 yaş);
- Sabir Hacıyev (70 yaş);
- Asim Mollazadə (70 yaş).
Kateqoriyalar: Canlı debat