Videonun müddəti: 2:10 Baxış: 195 Əlavə edilib: 2024.04.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Nəsib Quliyev ölümündən bir gün əvvəl institut rəhbərliyinə NƏLƏR deyib? - SİRR açıldı

Eks baş pediatr, professor Nəsib Quliyevin ölümü ilə bağlı müxtəlif versiyalar səslənir. Həmin versiyalardan biri də budur ki, yaxınlarından birinin dediyinə görə professor iş yerində üzləşdiyi haqsızlıqla əlaqədar dərin depressiyaya düşmüşdü.

Xatırladaq ki, Nəsib Quliyev 1994-cü ildən 2020-ci ilə qədər Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsində çalışıb və yaşı ilə əlaqədər öz ərizəsinə əsasən işdən azad edilib.

Maraqlıdır, professor sonuncu dəfə nə zaman bu instituta gəlib? Son iş günündə nələr yaşanıb?

TV Musavat-ın əməkdaşları bu suallara cavab tapmağa çalışıb.
Kateqoriyalar: Reportaj