Videonun müddəti: 3:50 Baxış: 352 Əlavə edilib: 2023.12. 3
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Sumqayıtda “Mado” restoranlar şəbəkəsinin filialının açılışı olub

Dekabrın 2-də Sumqayıt şəhərində “Mado” restoranlar şəbəkəsinin filialının açılışı olub. Sumqayıt şəhəri Səməd Vurğun küçəsi 58 ünvanında yerləşən bu filial öz qapılarını qurmanların üzünə açıb.

İaşə obyektinin açılışında Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Quzey Kıprısın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Milli Məclisin deputatları, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

CAHİT.jpeg (253 KB)

Açılış mərasimində qeyd olunub ki, restoranın müsafirləri müasir interyer və zövqlü masalarda əyləşərək “Mado”nun menyusundan istədikləri məhsulu sifariş verə biləcəklər. Rahat lokasiya, klassik üslubda interyer və artıq sevilən menyu sayəsində yeni müəssisə qonaqlar üçün sevimli bir məkana çevriləcək. Dondurmanı bütün dünyaya yaymağı və dünya səviyyəsində tanıtmağı qarşısına məqsəd qoyan “Mado” restoranlar şəbəkəsi hər kəsin zövqünə, istəyinə və ən başlıcası, ağız dadına uyğun çeşidlər təqdim edəcək.

Qeyd edək ki, “Mado” restoranlar şəbəkəsi Azərbaycanda 2010-cu ildən fəaliyyət göstərir.
Kateqoriyalar: Reportaj