Videonun müddəti: 50:20
Baxış: 310
Əlavə edilib: 2023.11.14
Paşinyan Putinə elə MEYDAN oxudu ki... Kremldən TƏCİLİ reaksiya, 5 minlik qoşun HAZIR - CANLI
Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirak etməyəcəyinə təəssüflənir.
Musavat.com xatırladır ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O deyib ki, əgər bu, həqiqətən də belədirsə, biz təəssüf edirik: “Biz başa düşürük ki, hər bir hökumət başçısının və ya dövlət başçısının öz iş qrafiki var. Amma belə görüşlər fikir mübadiləsi aparmaq üçün çox yaxşı səbəbdir”, – Kreml nümayəndəsi qeyd edib.
İrəvanın təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarışı və Paşinyan hökumətinin anti-Rusiya davranışları diqqətlə izlənməkdədir.
Ermənistanın “Past” nəşri xəbər yayıb ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bəzi ekspertlərin və media nümayəndələrinin iştirakı ilə ötən ayın əvvəlində keçirilən qapalı görüş zamanı bildiribmiş.
Nəşrin yazdığına görə, Paşinyan ilk növbədə qeyd edib ki, hər kəsin şahidi olduğu kimi, xarici siyasət vektorunda dəyişikliklər var. Baş nazir onu da bildirib ki, dəyişiklik rəsmi şəkildə elan olunmayacaq, çünki bir sıra xarici tərəfdaşlar, xüsusən də İran (Paşinyanın xüsusilə vurğuladığı kimi) ölkə siyasətində bu dönüşün əleyhinədir. O, qapalı görüşdə əlavə edib ki, xarici siyasətdə dəyişiklik prosesi artıq başlayıb, davam edir, sakit və “yumşaq” şəkildə baş verəcək.
Paşinyan bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Müstəqil Dövlətlər Birliyinin (MDB) fəaliyyətində iştirak etməyəcəyini də açıqlayıb. Həmçinin, hökumət artıq bu strukturların əvəzləyicilərini axtarır və əmin olduğunu bildirib ki, tezliklə də tapılacaq.
“Avropa İttifaqı Rusiyanı Mərkəzi Asiya və Zaqafqaziyadan sıxışdırıb çıxarmaq planlarını gizlətmir, buna nail olmayacaq”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq görünən strateji rəqabətə belə cavab verib.
“Avropa İttifaqı bizi hər cür cilovlamaq, Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırmaq niyyətini gizlətmir. Bu işləməyəcək. Biz tarixən buradayıq və heç yerdə yox olmayacağıq. Bizim tərəfdaşlarımız, müttəfiqlərimiz bunu çox yaxşı bilirlər”, - deyə diplomatik idarənin rəhbəri bildirib.
Lavrovun “biz tarixən burdayıq” sözlərinin Ermənistana aid və mesaj olduğu isə şübhə doğurmur. Nəzərə almaq lazımdır ki, Gümrüdəki 102-ci hərbi bazanın beş minə yaxın şəxsi heyəti var.
“Paşinyan KTMT-dən tam üz çevirməkdədir. Bu gedişlə Ermənistan təşkilatı tərk edəcək. İrəvan təhlükəsizlik sahəsində özünə yeni müttəfiqlər axtarır. Bu siyasət isə olduqca tündləşir və sonra sirkə öz qabını sındıra bilər. Düşünürəm ki, KTMT iclasını boykot etmək qərarı Moskva-İrəvan münasibətlərini daha da pisləşdirəcək. Sadəcə, Rusiya təmkinini qorumağa çalışır”. Bunu tribunainfo.az-a siyasi ekspert Ramiyə Məmmədova deyib.
Onun sözlərinə görə, Paşinyan KTMT-dən çıxmaq, rus qoşunlarını Ermənistandan evakuasiya etmək, Fransa və Avropa Birliyinin təsirlərini gücləndirmək öhdəliyi götürüb.
“Hakimiyyətə gələrkən verilən vədlər qarşılığında götürdüyü öhdəlikləri yerinə yetirməyə başlayıb. Avropa Parlamentində “KTMT bizi tək qoydu” deyərək bloku və Rusiyanı ittiham etdi. Bu ritorik getdikcə güclənir.

Kateqoriyalar:
Həftə içi