Videonun müddəti: 53:52 Baxış: 129 Əlavə edilib: 2023.11. 8
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndi BU AN: Paraddan ən yeni kadrlar, meydanda erməni tankları... - CANLI

Bu gün Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.
Musavat.com xəbər verir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.
Azərbaycanla Ermənistan arasında nizamlanma o zaman mümkündür ki, qeyri-regional qüvvələr münaqişəyə müdaxiləni dayandırsın.
Musavat.com xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB ölkələri təhlükəsizlik şurası katiblərinin iclasında bildirib. Onun sözlərinə görə, Qərbin addımları vəziyyəti daha da dərinləşdirir:
“Biz həmçinin Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində, onun inkişafı üçün şərait yaradılmasında, qarşılıqlı etimad və əməkdaşlığın gücləndirilməsində maraqlıyıq.
Bu məqsədlə Rusiya bu ölkələr arasında sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması maraqları naminə Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılması istiqamətində ardıcıl addımlar atır”.
Patruşev əlavə edib ki, Qərb ölkələrinin hərəkətləri regionda vəziyyətin pisləşməsinə səbəb olur və orada ziddiyyətlərin qalmasına şərait yaradır. Moldova Qərb siyasətinin yeni qurbanına çevrilə bilər. Patruşev hədələyib.
Kateqoriyalar: Həftə içi