Videonun müddəti: 53:15 Baxış: 1.6K Əlavə edilib: 2023.11. 7
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Şuşada Rusiya bayrağı ENDİRİLDİ – Ermənistan bu kəndləri qaytarmır – CANLIda

Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatıb. Onlara məxsus silah və hərbi texnikalar planlı təmir üçün göndərilib. Sülhməramlıların Şuşa yaxınlığındakı mövqelərindən çəkilərkən Rusiya bayrağının endirilməsi görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Hudson İnstitutunun baş elmi işçisi, amerikalı politoloq Lük Koffi görüntülərə münasibət bildirib. O həmin əraziyə daha əvvəl səfər etdiyini deyib:

“2022-ci ilin mart ayında Şuşadan çıxarkən həmin bayraq dirəyinin fotosunu çəkmişdim. Rusiya bayrağının buradan endirilməsini görməkdən məmnunam”.

Azərbaycan Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat yayıb. Bəyanatda deyilir: “8 noyabr tarixində 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinə və Azərbaycan ərazilərinin işğalına son qoyan, öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş yüzminlərlə azərbaycanlının fundamental hüquqlarının bərpa olunduğu, bölgədə sülh və əməkdaşlıq üçün imkan yaradan 44 günlük Vətən müharibəsi nəticəsində minlərlə azərbaycanlının canı və qanı bahasına qazanılmış Zəfər Günü qeyd olunur.
Müstəqilliyinin ilk illərindən qonşu ölkə Ermənistanın hərbi təcavüzü, işğalı, etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan, bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan sülh prosesinə sadiq olmaqla yanaşı, işğal faktı ilə barışmayacağını daim bəyan edib.

Ermənistanın uzun illər ərzində status-kvonun saxlanılmasına hesablanmış imitasiya naminə danışıqlar aparması, bu destruktiv fəaliyyətə beynəlxalq vasitəçilərin göz yumması və adekvat tədbirlər görməməsi nəticəsində Ermənistanın təcavüzkar siyasətini, “yeni ərazilər uğrunda yeni müharibələr” konsepsiyasını irəli sürərək hərbi-siyasi təxribatlarını intensivləşdirməsi 44 günlük Vətən müharibəsini şərtləndirən amillərdən idi.
Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən öz ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını təmin etdi, bununla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail oldu.

44 gün ərzində Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı, cəbhə xəttindən çox uzaqda yerləşən ərazilərdə yaşayan azərbaycanlılara qarşı Ermənistan tərəfindən müharibə cinayətlərinin törədilməsinə baxmayaraq, xalqımızın birliyi və həmrəyliyi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi.
8 noyabr 2020-ci il tarixində Azərbaycan tarixinin və mədəniyyətinin incisi Şuşa şəhərinin işğaldan azad olunmasından sonra 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Üçtərəfli Bəyanata uyğun olaraq isə Ermənistanın Kəlbəcər, Ağdam və Laçın rayonlarından silahlı qüvvələrini çıxarması ilə ərazi bütövlüyümüz təmin edildi.
Müharibənin və münaqişənin bitməsindən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edən Azərbaycan öhdəliklərinə sadiq qalaraq iki ölkə arasında münasibətlərin normallaşması və sülh prosesini aktiv təşviq etməyə, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tədbirlər görməyə başladı.
Kateqoriyalar: Canlı debat