Videonun müddəti: 52:19 Baxış: 272 Əlavə edilib: 2023.10.26
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyan Putinin iclasını BOYKOT etdi, Kremllə KRİTİK gərginlik - Gizlinlər CANLI-da

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı və MDB-nin Bişkekdə keçirilən hökumətlərarası şuralarına getməyib, tədbirlərdə respublikanı ölkənin baş nazirinin müavini Mher Qriqoryan təmsil edəcək.
Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın təhlükəsizlik sahəsindəki əlaqələrin şaxələndirilməsi ilə bağlı dediklərinə aydınlıq gətirəcəyinə ümid edir. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, bu məsələ Ermənistanla təmaslar zamanı müzakirə ediləcək.
Peskovun sözlərinə görə, Kreml “The Wall Street Journal” nəşrini mənbə kimi qəbul etmir və bu səbəbdən Paşinyanın məhz nəyi nəzərdə tutduğunu dəqiqləşdirmək lazımdır.
Kreml rəsmisinin fikrincə, Rusiya və Ermənistan arasında dialoqun müxtəlif nəşrlər, xüsusilə “The Wall Street Journal” vasitəsilə saxlanması bəyənilən deyil:
“Ona görə də biz erməni dostlarımızla söhbətimizi, dialoqumuzu davam etdiririk və bundan sonra da davam etdirəcəyik, bizim çox geniş gündəliyimiz var”.
Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsi bağlamağa yardım cəhdlərini davam etdirir. Musavat.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, bu, regionda vəziyyətin sabitləşməsi üçün lazımdır.
“Azərbaycan hələ İkinci Qarabağ müharibəsi bitəndən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı öz mövqeyini bildirib”. Baş naziri Əli Əsədov Ermənistan Baş nazirinin ölkəsinin Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğu ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Çox yaxında Kanada Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasına qoşulmaq üçün bu ölkəyə iki müşahidəçi göndərəcək. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.
Kateqoriyalar: Həftə içi