Videonun müddəti: 5:50 Baxış: 273 Əlavə edilib: 2023.10.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xaçatryan Meşəli qətliamına görə Azərbaycan xalqından üzr istədi: "Ay qardaşlar... "

"Meşəli qətliamına görə bütün Azərbaycan xalqından üzr istəyirəm".

Musavat.com xəbər verir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan bu gün keçirilən məhkəmə prosesində deyib.

Xaçatryan israrla Meşəli qətliamında iştirak etmədiyini bildirib.

"Mən Meşəli kəndində baş verən hadisələrdə iştirak etməmişəm. Amma həmin kənddə ermənilərin törətdikləri hadisələrə görə bütün Azərbaycan xalqından üzr istəyirəm", - Vaqif Xaçatryan qeyd edib.
Kateqoriyalar: Reportaj