Videonun müddəti: 1:02:59 Baxış: 264 Əlavə edilib: 2023.10.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

BAŞLANDI! İsrail Ramallaha girdi, İran TƏCİLİ ballistik raketlər daşıyır - CANLI

İsrail ordusu 10-a yaxın zirehli texnika ilə İordan çayının qərb sahilindəki Ramallah şəhərinə daxil olub. Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, reyd zamanı HƏMAS-ın qurucularından biri Həsən Yusif həbs edilib. O, HƏMAS-ın adından müəyyən hərəkətlər etməkdə ittiham olunur. Yusiflə birlikdə 59 nəfərin də həbs edildiyi bildirilib.
Qeyd edək ki, Fələstinin önəmli siyasi fiqurlarından olan Həsən Yusif dəfələrlə İsrail tərəfindən həbs edilib və ümumilikdə həyatının 24 ilini həbsxanalarda keçirib. Qəzza zolağında ölən fələstinlilərin sayı 4 000 nəfəri keçib.
İran inqilabının rəhbəri Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni HƏMAS-ın İsrailə hücumunu təqdir edib. O, bu barədə mediaya açıqlamasında bildirib. “HƏMAS-ın İsrailə hücum əməliyyatı Xomeyninin əkdiyi toxumların məhsuludur”, - kiçik Xomeyni deyib.
Ötən gecədən başlayaraq İrana məxsus bir sıra sosial media kanallarında ballistik raket buraxılış qurğularının daşındığı görüntüləri paylaşılır. Görüntülərin Tehran-Qum magistralında qeydə alındığı bildirilib. Rəsmi dövlət mediası hələlik bu barədə yayılan məlumatları təsdiq etməyib.
Kateqoriyalar: Həftə içi