Videonun müddəti: 50:00 Baxış: 333 Əlavə edilib: 2023.10.16
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyan Xankəndi separatçılarını “dənləməyə” başladı, Babayan içəri gedir... - CANLI

Ermənistan Baş Prokurorluğu separatçıların Qarabağdan İrəvana qaçmış “keçmiş müdafiə naziri” Samvel Babayanın ifadələri əsasında cinayət işi açıb.
Musavat.com xəbər verir ki, bu barədə Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, iş Ermənistan Cinayət Məcəlləsinin iki maddəsi ilə başlanılıb, hələlik təqsirləndirilən şəxs yoxdur.


Qeyd edək ki, Babayan Ermənistanın İctimai Telekanalının efirində bir sıra qalmaqallı bəyanatlar verib və separatçıların Qarabağı təslim etdiyini iddia edib. O, həmçinin Azərbaycanla gizli danışıqlar apardığını bildirib.


Ermənistanın “Respublika Naminə” partiyasının lideri Arman Babacanyan isə deyib ki, bu günlərdə Qarabağın Ermənistandakı nümayəndəliyində çox mühüm toplantılar keçirilir. Məqsəd bu və ya digər şəkildə Putinlə Əliyev arasında Qarabağ ətrafındakı vəziyyəti müzakirə etməsi ilə bağlıdır. Babacanyanın sözlərinə görə, Qarabağdan Ermənistana qayıdan, Samvel Şahramanyanı seçən və mahiyyətcə Qarabağın mövcudluğuna son qoyan hadisələrin təşəbbüskarı olan 22 xain deputat Ermənistanda mühacirətdə olan “Qarabağ hökuməti” yaratmaq qərarına gəliblər.
“Bu çox ciddi təhlükələr ehtiva edir. Bu, Azərbaycan üçün Ermənistana doğru eskalasiyaya qanuni əsas ola bilər. Müəyyən hüquqi prosesləri başa vurduqdan sonra dövlət xaini olması məsələsini hüquqi cəhətdən sübut etmək üçün mən şəxsən Samvel Şahramanyana qarşı prokurorluğa ərizə verməyə hazırlaşıram”.


Partiya sədri deyib ki, 10 noyabr razılaşmasında Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması müddəası ruslar və azərbaycanlılarla razılaşdırılaraq, bəyanatın mətnində aydın şəkildə yer alıb. “Ermənistana bu qədər problem yaradacaq, onun daxilində atəş yaradacaq məqamı özündə ehtiva edə biləcək bu cür siyasi məsuliyyətli bəyanatın müəllifləri İrəvanda belə avantüraya girməkdə çətinlik çəkmirlər”.


Bu arada is ermənilər yenidən Qərbi Zəngəzurla bağlı təşvişə düşüblər. Bu dəfəki təşvişin səbəbkarı isə Tiqran Hakobyan adlı istifadəçinin Facebookda foto paylaşmasıdır.


O yaydığı fotoya izah verərək iddia edib ki, Azərbaycan Cermuxa yol çəkməyə başlayıb. “Biri başa salacaqmı ki, Azərbaycan Cermux şəhərinə hansı yolu salır?”
Qeyd edək ki, fotonun nə qədər həqiqət olub, olmadığı məlum deyil. Digər tərəfdən, Azərbaycanın Cermuxa yol çəkməsi üçün heç bir səbəb və zəmin də yoxdur. Çünki bu ərazilərdə demarkasiya və delmitasiya prosesi həyata keçirilməyib. Üstəlik, Ermənistanla aramızda sülh sazişi də mövcud deyil.


TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə cavablandırır.
Kateqoriyalar: Həftə içi