Videonun müddəti: 56:22 Baxış: 475 Əlavə edilib: 2023.10.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Qəzza məhv ediləcək: ABŞ-ın Türkiyə və Azərbaycana qurduğu tələ -SENSASİON İDDİA -Ə.Verdiyevlə CANLI

“İsrail qoşunlarının yaşayış binalarına və mülki obyektlərə hücumlarına cavab olaraq girovlar edam olunacaq”. Bu barədə “Əl Hadath” telekanalı məlumat yayıb. Telekanal bildirib ki, fələstinli radikallar əsir götürülmüş israillilərin edamlarını lentə alaraq sosial şəbəkələrdə dərc etməklə hədələyirlər.

Telekanal həmçinin qeyd edib ki, Fələstinin HƏMAS radikal hərəkatı İsraillə barışığı müzakirə etməyə hazır olduğunu bildirib. “Biz İsraillə atəşkəsi müzakirə etməyə hazırıq”, – HƏMAS-ın bəyanatında bildirilib.

İsrail Qəzza zolağında mülki fələstinlilərin ölümünə görə məsuliyyət daşımır. Bunu İsrailin ABŞ-dakı səfirinin müavini Eliav Benyamin deyib. “Bu müharibəni Fələstinin HƏMAS hərəkatı seçdi və indi Qəzza zolağında mülki əhalinin təhlükəsizliyi yalnız HƏMAS rəhbərliyindən asılıdır”, - o bildirib.
Kateqoriyalar: Canlı debat