Videonun müddəti: 1:11:26
Baxış: 464
Əlavə edilib: 2023.10. 9
TƏCİLİ: Ərdoğan İsrail savaşına müdaxiləyə HAZIRLAŞIR - detallar CANLIda
HƏMAS israilli girovları yerin altında gizlədib və bu, İsrailin onların yerini tapmasını çox çətinləşdirib.
Bunu HƏMAS-ın əsirliyində saxlanılan İsrail əsgəri Gilad Şalitin azad edilməsi üçün danışıqlar aparan Gerşon Baskin deyib. “Şübhə etmirəm ki, İsrailin bir nömrəli prioriteti onları danışıqlar yolu ilə deyil, hərbi əməliyyatlar vasitəsilə tapmaq olacaq”, - Baskin qeyd edib.
O, hava hücumlarından sonra İsrailin HƏMAS liderlərini öldürmək və girovları azad etmək üçün Qəzzaya quru qoşunlarını göndərəcəyini gözlədiyini bildirib.
Qəzza zolağı ilə sərhəddə altı ərazidə aktiv döyüş əməliyyatları davam edir. Bu barədə İsrail ordusunun mətbuat katibi Daniel Haqari məlumat verib. O, Beeri, Kfar-Aza, Nirim və Alumimdə döyüşlərin davam etdiyi qeyd edib.
Haqarinin sözlərinə görə, gecə ərzində 70-ə yaxın düşmən döyüşçü Beeriyə daxil olub: “Onların əksəriyyəti İsrail Müdafiə Qüvvələri ilə döyüşlərdə məhv edilib, lakin bəziləri hələ də evlərdə gizlənir”.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb. İsrail ordusu cavab tədbirləri görür.

Kateqoriyalar:
Canlı debat