Videonun müddəti: 1:01:45
Baxış: 467
Əlavə edilib: 2023.10. 6
Vardanyan ombudsmana NƏLƏR deyib? İlk fotosu və ilk sözləri yayıldı: “Çox ....” – detallar CANLIda
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Ombudsman tərəfindən beynəlxalq və milli hüquq normalarının tələbləri əsasında keçirilən növbəti başçəkmə çərçivəsində bir çox təqsirləndirilən şəxs, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq həbs edilmiş Vardanyan Ruben Karlenoviç də qəbul edilib.
03 oktyabr 2023-cü il tarixdə keçirilmiş başçəkmə zamanı Vardanyan Ruben Karlenoviç Ombudsman tərəfindən fərdi qaydada dinlənilib, müraciətləri yerində cavablandırılıb. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqlarının təmin olunma vəziyyəti monitorinq edilib.
O, saxlanma şəraitindən razılığını bildirib, ilkin tibbi müayinədən də keçdiyini və səhhətində hər hansı bir problemi olmadığını qeyd edib. Ailə üzvü ilə telefon danışığı, sovqat qəbulu, kitabxanadan istifadə və informasiyaya çatım imkanları təmin olunub. Eyni zamanda, həbs edilmiş şəxsin istintaq dövründə hüquqlarının müdafiəsi ailəsinin seçdiyi vəkil tərəfindən həyata keçirilir.
Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərinin iştirak etdiyi başçəkmə çərçivəsində qəbuldan sonra ona öz dilində qanunvericilik aktları, Ombudsmanın səlahiyyətləri və Çağrı Mərkəzinə birbaşa müraciət imkanı ilə bağlı məlumatlandırıcı nəşrlər də təqdim olunub.
Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, saxlanılan şəxslərə münasibətdə də heç bir ayrı-seçkiliyə yol verilmədən hüquqlarının, informasiyaya çatım imkanlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu müəyyən edilib.
Prezident İlham Əliyevin imtina etdiyi Qranada görüşündə Azərbaycanın ərazi bütövlüyünün tanınması, hətta Qazaxın işğal altında olan 7 kəndi və Kərki kəndinin də qaytarılmasını nəzəri baxımdan özündə əks etdirən bəyanatın qəbul edilməsi Ermənistan mediasında “Əliyev imtina etdiyi görüşdə belə Paşinyanı əzdi” fikri ilə şərh edilir.
“Hraparak” nəşri Qranada görüşünün nəticəsinə görə Paşinyanı sərt tənqid edib. Nəşr yazır ki, Əliyev demarş edərək, Qranadaya getmədi, əvəzində Paşinyan Şolts və Makronla birlikdə bəyanat verərək, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi yenidən tanıdılar.
“Əliyev iştirak etmədiyi görüşdə belə Ermənistanın mövqelərini darmadağın etdi. Yəni Azərbaycan lideri Qranadaya getmədən belə istədiyini alır və mövqeyini gücləndirir. Bununla yanaşı, Makron Azərbaycana sanksiyaların tətbiq edilməsi məsələsinə “vaxtı deyil” cavabını verdi.
Hətta Ermənistanın mövqeyinə ən yaxın şəxs kimi tanınan Fransa prezidenti belə Azərbaycanla anlaşmağa çalışır. Şarl Mişel də Azərbaycanın maraqlarına uyğun mövqe sərgilədi. Buna paralel olaraq, Putin “Valday”da çıxışı zamanı Ermənistanı tənqid etdi, Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədi. Aydın görünür ki, Ermənistanın mövqeləri biabırçı dərəcədə zəifdir, bu prosesdə iki əks tərəf olan Rusiya və Fransa eyni qaydada Azərbaycanı müdafiə edir”, - nəşr yazır.

Kateqoriyalar:
Canlı debat