Videonun müddəti: 58:53 Baxış: 449 Əlavə edilib: 2023.10. 3
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Erməni parlamentində QALMAQAL: Vardanyan Rusiyanı belə SATIR – detallar CANLIda

Ermənistan hakimiyyət nümayəndələrinin İkinci Qarabağ müharibəsində ölən erməni hərbçilərin məzarlarını ziyarət etməməsi, xatirələrinin anılmaması ölkədə narazılığa səbəb olub.
Müharibənin başlamasının üçüncü ilinin tamamında erməni müxalifətindən fərqli olaraq heç bir iqtidar nümayəndəsinin Yerablur məzarlığını ziyarət etməməsi diqqət çəkib.
Məsələ ilə bağlı son qalmaqal bu gün Ermənistan parlamentinin iclasında yaşanıb. Belə ki, iclasın başlamasından yarım saat sonra müxalifət deputatları etiraz edərək İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatları zamanı ölən erməni hərbçilərin xatirəsini bir dəqiqəlik sükutla anmağı tələb ediblər. Təkidlərdən sonra parlament sədri Alen Simonyan və digər iqtidaryönümlü deputatlar ayağa qalxaraq anım sükutuna qoşulublar.




Azərbaycanın uğurlu anti-terror əməliyyatı və ildırım sürəti ilə ölkəmizin bütün ərazisi boyu suverenliyimizin bərpası əksər müşahidəçilər kimi, erməni siyasətçilərini, politoloqlarını da çaş-baş salıb.
Onların bir hissəsi anti-terror əməliyyatının nəticə etibarilə Ermənistandakı siyasi hakimiyyətin əleyhinə işlədiyini, ona ciddi problemlər yaradacağını, bunun isə Kremlin maraqlarına uyğun olduğunu iddia etdikləri halda, digər qismi bütün bu baş verənlərin Rusiyanın Cənubi Qafqazdakı varlığına ciddi təhlükə yaratdığını və qətiyyən Moskvanın xeyrinə olmadığını bildirirlər. Hətta bu əməliyyatın və Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etməsinin Rusiyaya ağır zərbə, “şillə” olduğunu, Rusiyanın Cənubi Qafqazdan çıxmasına təkan verdiyini deyənlər var. Onların fikrincə, bu kontekstdə Azərbaycanın Moskvaya bağlı olan separatçıların bəzi liderlərini həbs etməsi olduqca ibrətamizdir.

politoloq Arqişti Kiviryan Ermənistan mətbuatına açıqlamasında Qarabağda keçirilən əməliyyatda Azərbaycanın başlıca hədəfinin Rusiya olduğunu bildirib: “Son hərəkətləri ilə Azərbaycan Rusiyaya bir neçə şillə vurub. Ən birincisi odur ki, Azərbaycana vəziyyətdən istifadə edərək, Rusiya sülhməramlılarını (Qarabağdan) çıxarmaq lazımdır”. Kiviryan xatırladıb ki, Azərbaycanın məlum əməliyyatından cəmi bir neçə gün əvvəl Vladimir Putin Vladivostokda Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini Rusiyanın qoruyacağını demişdi. Lakin rəsmi Bakı öz hərəkətləri ilə Rusiyanın acizliyini və burada əsas söz sahibinin kim olduğunu göstərdi. Erməni politoloq hesab edir ki, bu, Azərbaycanın Kremlə vurduğu növbəti şillə idi.
Daha sonra Kremlin emissarı Ruben Vardanyan və erməni separatçılarının bir neçə hərbi rəhbərlərinin həbsi mövzusuna toxunan Kiviryan bu adamların hamısının Moskvaya xidmət etdiyini xatırladıb. O, qeyd edib ki, Azərbaycanı Vardanyanın və digər həbs olunanların Moskvaya bağlılığı qətiyyən dayandıra bilməyib və onları saxlamaqla, rəsmi Bakı bir daha öz iradəsini ortaya qoyub: “Eləcə də Ruben Vardanyanın və digərlərinin həbsi Moskvaya ağır şillə oldu. O, Rusiya vətəndaşlığından imtina etsə də, Rusiya oliqarxı sayılır”.
Nəhayət, erməni politoloq olduqca maraqlı bir mövzuya toxunub. O, xatırladıb ki, hazırda həbs olunan separatçı liderlər və hələ də Xankəndidə qalan digərləri 44 günlük müharibədən əvvəl və sonra Kremllə sıx əlaqədə olan şəxslərdir: “Azərbaycanlılar həbs etdikləri “artsax” rəhbərlərindən onların Rusiya ilə əlaqələri barədə məlumatlar ala bilərlər”. Erməni politoloq bildirib ki, Azərbaycan tərəfinin erməni separatçılarının rəhbərlərindən alacağı ifadələr Kremllə münasibətlərdə rəsmi Bakının əlinə əlavə ciddi “kozırlar” verə bilər.
Kateqoriyalar: Canlı debat